Məlum olduğu kimi,Azərbaycanda ünvanlı sosial yardımı verilir.
İlk olaraq, qeyd edək ki,ünvanlı sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.
Sosial yardım almaq hüququna malik ailələr kimlərdir?
Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində ünvanlı sosial yardımı almaq hüququna malikdirlər:
Ailə üzvünün əmək qabiliyyətini itirməsi
Ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi
Ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması
Ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması
Ailə üzvünün vəfat etməsiAilə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi
Ailə üzvünün azadlıqdan məhrum edilməsi
Ailə üzvünün olduğu yerin məlum olmaması
Aztəminatlı ailə kimdir?
Orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə. //Oxu24.com

