Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Alen Simonyan: Hikmət Hacıyevlə iki gündən bir danışırıq
  • Baləlidən “butulka” davası barədə AÇIQLAMA
  • Prezidentdən Ülvi Quliyevlə bağlı – Sərəncam
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»KMBİ dövlət qulluqçularının adından dələduzluq edənlərin əlaqələrini ifşa etdi – Video

KMBİ dövlət qulluqçularının adından dələduzluq edənlərin əlaqələrini ifşa etdi - Video

Hadisə Gülnar Əliyeva17.08.2026 - 15:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən saxta sosial şəbəkə profilləri və “WhatsApp” ani mesajlaşma hesabları vasitəsilə dövlət qulluqçuları, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla törədilən çoxsaylı kiberdələduzluq hallarına qarşı əməliyyat keçirilib.

Yeniera.az xəbər verir ki, tədbirlərlə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən kibercinayətkar qruplaşmalarla əlbir olaraq qeyd edilən cinayət əməllərində şübhəli bilinən Fərid Əliyev, Asiman Zeynalov, Tofiq Əliyev, Fərid Atakişiyev, Röyal Abdullayev, Anar Məmmədov, Rəşad Hacıyev və Həmid Əliyev saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların üzvləri ilə əlaqə yaradaraq onları yerli mobil operatorlara məxsus elektron nömrələr, qanunsuz fəaliyyətlərdə istifadə etdikləri bank kartları və digər məlumatlarla təmin ediblər. Həmin şəxslər tərəfindən onlayn satışı təşkil edilən mobil nömrə və bank kartlarından qeyd edilən kibercinayət əməllərinin törədilməsində istifadə olunduğu müəyyən edilib.

Əməliyyat zamanı saxlanılan şəxslərin qanunsuz yolla əldə etdikləri 2 mindən artıq bank kartı və elektron mobil nömrənin qeyd olunan cinayətkar əməllərə yönləndirildiyi aşkarlanıb. Həmin kart və mobil nömrələrin bəzilərinin qanunsuz onlayn qumar və kazino oyunlarının təşkili zamanı istifadə edildiyi də məlum olub.

Hazırda saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər aparılır. Xarici ölkələrdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində də tədbirlər davam etdirilir.

Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, bank rekvizitlərinin və mobil nömrələrin üçüncü şəxslərə cinayət əməllərində istifadə olunması məqsədilə təqdim edilməsi yolverilməzdir. Əgər bank kartınızdan və ya mobil nömrənizdən qeyri-qanuni məqsədlərlə istifadə edildiyini müəyyən etmisinizsə, hesabınıza mənbəyi şübhəli olan pul vəsaitləri köçürülübsə, mobil nömrənizə şübhəli SMS-lər daxil olursa və ya sizə ödəniş müqabilində bank kartı məlumatlarınızı təqdim etmək təklif edilirsə, ayıq-sayıqlıq nümayiş etdirməyiniz və dərhal polis orqanlarına məlumat verməyiniz tövsiyə olunur.

Bənzər Xəbərlər

16.09.2026 - 16:04Gülnar Əliyeva

Ramiz Mehdiyevin işində onlar da dindirilib

16.09.2026 - 15:38Gülnar Əliyeva

Münasib qiymətə texnologiya axtaranların diqqətində – CompStore.az

16.09.2026 - 15:36Gülnar Əliyeva

Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi

16.09.2026 - 14:20Gülnar Əliyeva

Dağ başında qalsalar - Xilas üçün pul ödəməli olacaqlar

16.09.2026 - 14:07Gülnar Əliyeva

Azərbaycanda internet bahalaşır - minimum tarif bu qədər olacaq

16.09.2026 - 14:06Gülnar Əliyeva

Sabah yağış yağacaq, şimşək çaxacaq

16.09.2026 - 13:58Gülnar Əliyeva

Veteranlara şad xəbər - 400 manat... 

16.09.2026 - 13:55Gülnar Əliyeva

Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB

16.09.2026 - 13:41Gülnar Əliyeva

Əhdi və tanışı SƏRBƏST BURAXILDI

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 048

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 086

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 015

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 809
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.