Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Qaradağın yeni icra başçısı kimdir?
  • 37 yaşlı yeni başçı kimdir? – DOSYE
  • Prezidentin Gədəbəyə təyin etdiyi yeni icra başçısı kimdir? – DOSYE
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Kozinoğlu cinayətində SENSASİYA: Şahidləri YOX EDİRLƏR? – Həkim evində ÖLÜ TAPILDI

Kozinoğlu cinayətində SENSASİYA: Şahidləri YOX EDİRLƏR? - Həkim evində ÖLÜ TAPILDI

Dünya Gülnar Əliyeva28.09.2026 - 00:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Silivri həbsxanasında 2011-ci ildə vəfat edən MİT-in Xarici Əməliyyatlar Departamentinin keçmiş rəisi Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı aparılan təhqiqatda yeni təfərrüatlar bəlli olub.

Yeniera.az xəbər verir ki, təhqiqat çərçivəsində saxlanıldıqdan sonra azadlığa buraxılan keçmiş məhkəmə-tibb eksperti Turgay Tamer Böyükçəkməcədəki evində ölü tapılıb.

Həyat yoldaşı tərəfindən evdə hərəkətsiz vəziyyətdə tapılan T.Tamerin nəşi dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza Qurumuna göndərilib. Dəqiq səbəb otopsiya (meyitin yarılması) nəticəsində bəlli olacaq. Qeyd edək ki, Tamer sentyabrın 10-da saxlanılmış, sentyabrın 14-də isə sərbəst buraxılmışdı.

Ədliyyə naziri Akın Gürlek “NSosyal” hesabında Kozinoğlunun ölümü ilə bağlı aparılan təhqiqat barədə açıqlama verib. Nazir yeni təhqiqat çərçivəsində məxfilik qərarının alındığını, xüsusi istintaq qrupu yaradılaraq hadisənin bütün təfərrüatları ilə yenidən aydınlaşdırılması üçün hərtərəfli işlərə başlanıldığını bildirib.

Təhqiqat çərçivəsindəki ilk əməliyyatda hadisə tarixində cəzaçəkmə müəssisəsində çalışan 10 şübhəli saxlanılıb, 1 şübhəlinin isə Fətullahçı Terror Təşkilatı (FETÖ) çərçivəsində fərari olaraq xaricdə olduğu müəyyən edilib. Saxlanılan 10 nəfərdən 1-i həbs olunub, 7-si məhkəmə nəzarəti şərtilə olmaqla 9 nəfər sərbəst buraxılıb.

İstintaq çərçivəsində aparılan növbəti əməliyyatda 7-si səhiyyə işçisi olmaqla daha 9 şübhəli saxlanılıb. Məhkəmə müxbirin də aralarında olduğu 3 şübhəlinin həbs edilməsinə, operatorun da daxil olduğu 6 şübhəli barəsində isə məhkəmə nəzarəti tədbirinin tətbiq olunmasına qərar verilib.

Baş Prokurorluğun tələbi ilə Kozinoğlunun qəbrinin açılması (eksqumasiya) prosesi həyata keçirilib.

Təhqiqat çərçivəsində hadisə tarixində vəzifədə olan Silivri Respublika Baş prokuroru Ali İşgören ilə həbsxana prokuroru Necip Doğan həbs olunub. Kozinoğlunun kamera yoldaşları – təqaüddə olan dənizçi kapitan Hasan Ataman Yıldırım və jandarma polkovniki Hasan Atilla Uğur barəsində məhkəmə nəzarəti tədbiri tətbiq edilib.

Bundan başqa, keçmiş jurnalist Osman Arslan həbs edilib. Dövrün həbsxana rəisi Ömer Vatan və növbə rəisi Kazım Beyke barəsində məhkəmə nəzarəti tədbiri tətbiq olunub, təcili yardım sürücüsü Süleyman Kaba isə jandarmadakı dindirilmə prosedurundan sonra sərbəst buraxılıb.

İstintaq çərçivəsində Vətən Partiyasının sədri Doğu Perinçekin “məlumatlı şəxs” qismində ifadəsi alınıb. FETÖ çərçivəsində mühakimə olunduğu məhkəmə işində məkum edilən Enver Altaylı da həbs olunub.

Təhqiqat çərçivəsində “Kurtlar Vadisi” serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan “məlumatlı şəxs” qismində prokurorluğa ifadə veriblər və “Kurtlar Vadisi Pusu” serialı ilə bağlı araşdırmaya başlanılıb.

Serialda “Ömer Baba” obrazını canlandıran aktyor Emin Olcay və “Kazım Kaşifoğlu” obrazını canlandıran aktyor Sedat Savtak “şahid” qismində dindirilib.

Silivri Respublika Baş Prokurorluğu təhqiqat çərçivəsində “Kurtlar Vadisi”nin ssenarisində əli olduğu müəyyən edilən keçmiş polis rəisi Bayram Özbekin də həbs olunduğunu bildirib.

Musavat.com

Bənzər Xəbərlər

29.09.2026 - 00:02Gülnar Əliyeva

Qaradağın yeni icra başçısı kimdir?

28.09.2026 - 23:58Gülnar Əliyeva

37 yaşlı yeni başçı kimdir? - DOSYE

28.09.2026 - 18:20Gülnar Əliyeva

Bu mərkəzə direktor təyin edildi

28.09.2026 - 18:10Gülnar Əliyeva

Rose Baku-da fərqli zövqlərə uyğun gül buketləri hazırlanır

28.09.2026 - 18:05Gülnar Əliyeva

Ərdoğanın müavini istefa verdi

28.09.2026 - 18:00Gülnar Əliyeva

İcbari tibbi sığorta üzrə göndərişlər: Dövlət və özəl sektor həll yollarını müzakirə edir - FOTOLAR

28.09.2026 - 17:50Gülnar Əliyeva

Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı

28.09.2026 - 17:40Gülnar Əliyeva

İcra başçısı məmuru qəbiristanlıqda danladı: “Camaatın ağzından vurmayın” - VİDEO

28.09.2026 - 17:38Gülnar Əliyeva

Vəzifəli şəxsləri şantaj edən baş redaktora hökm oxundu

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 179

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 170

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 084

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 849
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.