Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş – Detallar+Video
  • Bu ərazilərdə qaz olmayacaq
  • Putin xalqa müraciət etdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Kreml nümayəndəsi Azərbaycana barışıq mesajı göndərdi

Kreml nümayəndəsi Azərbaycana barışıq mesajı göndərdi

Siyasət Ariz Əhədov30.08.2025 - 22:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Rusiya Prezidenti yanında beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndə Mixail Şvıdkoy Yaponiyaya səfəri zamanı rus jurnalistləri ilə söhbətində Azərbaycanla bağlı diqqətçəkən açıqlama verib.

Yeniera.az Musavat.com-a istinadla xəbər verir ki, Rusiya ilə Azərbaycan arasında informasiya müharibəsinin kəskinləşdiyi bir vaxtda Kreml rəsmisinin bu mövqeyi sensasion bəyanat kimi dəyərləndirilir.

Şvıdkoy bildirib ki, Rusiya və Azərbaycan kimi yaxın qonşular bütün gərginliklərə baxmayaraq, ikitərəfli münasibətlərdə müsbət məqamları önə çıxarmalı və mədəni dialoqu bərpa etməyə çalışmalıdırlar.

Onun sözlərinə görə, SSRİ dağılandan sonra yaranmış müstəqil dövlətlərin artıq 35 ildir öz mədəni siyasəti var və Moskva bu siyasətə hörmətlə yanaşmalıdır:

“Əgər biz istəyiriksə ki, bizim mədəni siyasətimizə hörmətlə yanaşılsın, onda gərək biz də onların mədəni siyasətinə hörmət edək. Məncə, qarşılıqlı ittihamların hiddətini azaltmağa dəyər”.

O, həmçinin Azərbaycanın “Intervideniya-2025” beynəlxalq mahnı müsabiqəsində iştirak etməyəcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. Şvıdkoy qeyd edib ki, bu cür qərarlar hər bir ölkənin daxili siyasəti ilə bağlıdır və kənardan təzyiq göstərmək doğru deyil.

Rusiya rəsmisi Azərbaycanın təyyarə hadisəsi ilə bağlı mövqeyində qaldığını, bunun fonunda isə rus vətəndaşlarının taleyi ilə bağlı problemlərin mövcud olduğunu xatırladaraq deyib:

“Lakin mən düşünürəm ki, biz hələ də bu çətinliklərə baxmayaraq qarşılıqlı maraqların mövcud olduğu dünyada yaşayırıq. Coğrafiya – taledir; biz qonşuyuq, siyasi hadisələr necə inkişaf etsə də. Bizim başqa qlobusumuz yoxdur”.

Xatırladaq ki, “Intervideniya” müsabiqəsinin mətbuat xidməti TASS-a açıqlamasında Azərbaycan və BƏƏ-nin hələlik rəsmi qərar təqdim etmədiyini bildirmişdi. Rusiya XİN-in humanitar əməkdaşlıq üzrə departament rəhbəri Aleksandr Alimov isə bəyan etmişdi ki, siyahıya bütün ölkələr daxil edilməyib, lakin siyasi motivlərlə heç kimə imtina edilməyib.

Rusiya ilə Azərbaycan arasında son aylarda informasiya müharibəsi getdiyi bir vaxtda, Moskva rəsmisinin “ittihamların hiddətini azaltmaq” və “mədəni dialoqu bərpa etmək” çağırışı sensasion açıqlama kimi qiymətləndirilir.

Bənzər Xəbərlər

17.09.2026 - 00:14Gülnar Əliyeva

Putin xalqa müraciət etdi

17.09.2026 - 00:00Gülnar Əliyeva

Əli Nağıyev Qazaxıstana səfər ETDİ

16.09.2026 - 23:58Gülnar Əliyeva

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ölən və yaralananlar var

16.09.2026 - 23:00Gülnar Əliyeva

Azərbaycanda zəlzələ oldu

16.09.2026 - 17:13Gülnar Əliyeva

Prezident açılışdan sonra sükan arxasına keçdi - Video

16.09.2026 - 16:30Gülnar Əliyeva

Alen Simonyan: Hikmət Hacıyevlə iki gündən bir danışırıq

16.09.2026 - 16:09Gülnar Əliyeva

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

16.09.2026 - 16:04Gülnar Əliyeva

Ramiz Mehdiyevin işində onlar da dindirilib

16.09.2026 - 15:38Gülnar Əliyeva

Münasib qiymətə texnologiya axtaranların diqqətində – CompStore.az

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 050

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 086

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 017

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 811
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.