Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Sabahın havası – Leysan, şimşək, dolu
  • Bakı və rayonlarda yaşayanlara sabahla bağlı XƏBƏRDARLIQ
  • Sentyabrda bu bürcləri xoş xəbər gözləyir
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Maaş və pensiyalar bu tarixdə artacaq – Rəqəm açıqlandı

Maaş və pensiyalar bu tarixdə artacaq – Rəqəm açıqlandı

Cəmiyyət Gülnar Əliyeva30.08.2026 - 11:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonunda gəlirlərinin dəyişməməsindən şikayətlənirlər.

Bəs orta aylıq pensiyanın artması konkret vətəndaşların gəlirlərinə nə dərəcədə təsir edir? Pensiya və maaşlarda növbəti artım nə zaman gözlənilir?

Yeniera.az xəbər verir ko, Globalinfo.az-a danışan iqtisadçı Vüsalə Əhmədova deyib ki, vətəndaşların “orta aylıq maaş və ya pensiya artırılıb, amma mənim maaşım və ya pensiyam dəyişməyib” deməsi tamamilə əsaslı iraddır:

“Çünki “orta aylıq əməkhaqqı” ölkədə müxtəlif əməkhaqlarının statistik göstəricisidir. Yəni şəxsin maaşının həmin faizlə artması demək deyil. Orta əməkhaqqı göstəricisi pensiyalar baxımından yalnız hüquqi əhəmiyyət daşıyır. Çünki “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsində, əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilməsi nəzərdə tutulub”.

İqtisadçı bildirib ki, nominal artım ilə real artım arasında ciddi fərq var:

“Əgər pensiya 10 faiz artırılırsa və həmin dövrdə ərzaq, dərman, kommunal, geyim, xidmətlər və digər xərclər 80 faiz artırsa, belə olan şəraitdə insanların sosial rifahının yüksəlməsindən bəhs edə bilmərik. Məsələn, pensiya 9,3 faiz artırılıb, amma həmin şəxsin yalnızca əsas xərcləri 35-50 faiz bahalaşıbsa, pensiyaçının real alıcılıq qabiliyyəti təbii ki, aşağı düşəcək. İnsanların real gəliri inflyasiyanı üstələmir.

Ən doğru artım necə olmalıdır sualına belə cavab verə bilərəm ki, pensiya və maaşların artım faizi ilə inflyasiya və faktiki istehlak səbətinin qiymət artımı uyğunlaşdırılsın”.

İqtisadçının fikrincə, pensiya və maaş yanvar ayında artırıla bilər:

“Böyük ehtimalla pensiyaların yenidən yanvarın 1-dən indeksləşdirilməsi mexanizmi işləyəcək. Çünki qanunda əmək pensiyasının ildə bir dəfə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilməsi nəzərdə tutulur. Əməkhaqlarının artırılması isə dövlət sektorunda ayrıca qərar və ya sərəncam, büdcə imkanları, tarif və vəzifə maaşlarında dəyişiklik, həmçinin minimum əməkhaqqının artırılmasına bağlıdır. Təkrar qeyd edim ki, pensiyanın nominal olaraq 8-10 faiz artırılması bir pensiyaçı üçün heç nə ifadə etməyəcək. Məsələn, 600 manat pensiya 10 faiz artaraq 660 manat olsa və həmin şəxsin əsas istehlak xərcləri eyni müddətdə 40-50 faiz artsa, alıcılıq qabiliyyəti yenə də faktiki olaraq azalacaq. Pensiya və minimum əmək haqqını inflyasiyaya uyğun artırmaq üçün ayrıca mexanizm qurulmalıdır. Bu mexanizm vətəndaşın alıcılıq qabiliyyətinin inflyasiya qarşısında qorunmasına daha yaxşı xidmət edəcək”.

Bənzər Xəbərlər

30.08.2026 - 15:42Gülnar Əliyeva

Sabahın havası – Leysan, şimşək, dolu

30.08.2026 - 13:02Gülnar Əliyeva

Bakı və rayonlarda yaşayanlara sabahla bağlı XƏBƏRDARLIQ

30.08.2026 - 12:40Gülnar Əliyeva

Sentyabrda bu bürcləri xoş xəbər gözləyir

30.08.2026 - 12:40Gülnar Əliyeva

"Mançester Siti"nin sabiq futbolçusu rəsmən "Qarabağ"da

30.08.2026 - 11:10Gülnar Əliyeva

İşlədiyi xəstəxanadan dərman oğurlayıb satdı - “Borcum var idi”

30.08.2026 - 02:15Gülnar Əliyeva

Qardaş ölkəni silkələyən iki böyük istintaq - keçmiş nazirə qədər uzandı, 6 illik sirrdə...

30.08.2026 - 02:00Gülnar Əliyeva

“Cəbhədən qaçın, İrəvana gəlin” - Simonyanın ruslara çağırışı Zaxarovanı çılğına döndərdi

30.08.2026 - 01:33Gülnar Əliyeva

Bir ayda 3 dəfə təkrarlansa... - Ailələri gözləyən BÖYÜK XƏRC

30.08.2026 - 01:15Gülnar Əliyeva

Qəbilə başçısından türkiyəli səyyaha ŞOK TƏKLİF: 5 inək qarşılığında... 

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 931

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 004

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 959

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 768
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.