Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Şahin Qasımov vəfat etdi
  • “Majestic Shamakhi”də rezervasiya qalmaqalı: Dövlət qurumundan açıqlama
  • Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»“Majestic Shamakhi”də rezervasiya qalmaqalı: Dövlət qurumundan açıqlama

"Majestic Shamakhi"də rezervasiya qalmaqalı: Dövlət qurumundan açıqlama

Cəmiyyət Gülnar Əliyeva07.09.2026 - 17:45
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Majestic Shamakhi” İstirahət Mərkəzi ilə müştəri arasında rezervasiya ilə bağlı qalmaqal yaranıb.

Yeniera.az xəbər verir ki, Qaynarinfo-ya müraciət edən E.Elnur bildirib ki, ailəsi ilə birlikdə “Majestic Shamakhi” İstirahət Mərkəzində qalmaq üçün əvvəlcədən rezervasiya edib və ilkin ödəniş (beh) verib. Lakin ailəsi ilə Şamaxıya çatdıqda rezervasiya etdiyi kottecin başqa şəxsə verildiyini öyrənib. Ona alternativ yerləşmə yerləri təklif edilsə də, onların daha baha olduğu bildirilib.

E.Elnur bununla bağlı kompensasiya tələb edib və Dövlət Turizm Agentliyinə şikayət edib.

Məsələ ilə bağlı Qaynarinfo-nun sorğusuna Dövlət Turizm Agentliyindən verilən cavabda qeyd olunub ki, müştərinin şikayəti ilə bağlı aidiyyəti üzrə yerləşmə vasitəsi ilə əlaqə saxlanılıb.

“Yerləşmə vasitəsi tərəfindən təqdim olunan məlumata əsasən, müraciətdə adı qeyd olunan şəxs adına sözügedən tarixlər üzrə rezervasiyanın qeydə alınmadığı bildirilmişdir”, deyə Agentliyin cavabında vurğulanıb.

Beləliklə, Dövlət Turizm Agentliyinin açıqlamasına əsasən, yerləşmə vasitəsi E.Elnurun adına həmin tarixlər üzrə rezervasiyanın qeydə alınmadığını bildirib.

Agentlik eyni zamanda yerləşmə vasitələrinin fəaliyyətinin hüquqi statusuna da aydınlıq gətirib. Bildirilib ki, yerləşmə vasitələri ölkə ərazisində sahibkarlıq subyekti kimi müstəqil fəaliyyət göstərir:

“Rezervasiya, ödəniş, beh, kompensasiya, qiymət fərqi və digər kommersiya münasibətləri tərəflər arasında yaranan müqavilə və istehlakçı hüquqları münasibətləri çərçivəsində qiymətləndirilir”.

Agentlik qeyd edib ki, yerləşmə vasitələrinin daxili kommersiya qərarlarına, o cümlədən kompensasiya məbləği və ödənişin geri qaytarılması şərtlərinə birbaşa müdaxilə etmək səlahiyyətində deyil.

“Dövlət Turizm Agentliyinin yerləşmə vasitələrinin daxili kommersiya qərarlarına, o cümlədən kompensasiya məbləği və ödənişin geri qaytarılması şərtlərinə birbaşa müdaxilə etmək səlahiyyəti yoxdur”, – cavabda deyilir.

Qurum vətəndaşın əlində rezervasiya və ödənişi təsdiq edən sənədlər olduğu halda, həmin sənədlərin aidiyyəti üzrə təqdim edilə biləcəyini də bildirib.

Agentliyin cavabına görə, vətəndaş şikayətdə qeyd olunan hallarla bağlı hüquqlarının pozulduğunu hesab edirsə, istehlakçı hüquqları sahəsində səlahiyyətli qurumlara, həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

Məsələ ilə bağlı əsas mübahisə E.Elnurun əvvəlcədən rezervasiya etdiyi kottecin ona təqdim edilmədiyi və alternativ yerləşmənin daha baha olduğu barədə iddiası ilə bağlıdır. Dövlət Turizm Agentliyinin cavabında isə yerləşmə vasitəsinin təqdim etdiyi məlumata istinad edilərək həmin tarixlər üzrə E.Elnurun adına rezervasiyanın qeydə alınmadığı bildirilib.

E.Elnur isə rezervasiya ilə bağlı redaksiyamıza səs yazıları təqdim edib. Şikayətçinin sözlərinə görə, əgər rezervasiya etməsəydi, ilkin ödəniş (beh) verməzdi.

“Kart hesablarına ilkin ödəniş etmişəm. Bunun sübutu var. Digər tərəfdən, istirahət mərkəzinin nümayəndəsi ilə “WhatsApp” tətbiqində səsli mesaj vasitəsilə danışmışam. Həmin səslər indi də telefonumdadır”, – deyə şikayətçi vurğulayıb.

E.Elnurun iddiaları ilə bağlı “Majestic Shamakhi” ilə əlaqə saxlamaq mümkün olmayıb.

Bənzər Xəbərlər

07.09.2026 - 18:26Gülnar Əliyeva

Şahin Qasımov vəfat etdi

07.09.2026 - 17:41Gülnar Əliyeva

Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı

07.09.2026 - 17:36Gülnar Əliyeva

Bakıda bu sənədsiz evlər söküldü - FOTO

07.09.2026 - 16:59Gülnar Əliyeva

Anar Məmmədliyə HÖKM OXUNDU

07.09.2026 - 16:52Gülnar Əliyeva

Əhməd Məmmədzadə azadlığa buraxıldı

07.09.2026 - 15:44Gülnar Əliyeva

Ceyhun Nəsibov bu mərkəzə direktor təyin olundu - FOTO

07.09.2026 - 15:41Gülnar Əliyeva

İlham Mirzəyevin vəziyyəti ağırdır

07.09.2026 - 14:45Gülnar Əliyeva

Zəng etməzdən əvvəl bir daha DÜŞÜNÜN: CƏRİMƏ OLUNACAQSINIZ

07.09.2026 - 13:12Gülnar Əliyeva

Sentyabrda 8 gün iş olmayacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 971

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 036

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 974

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 780
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.