Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Mübariz Yunus qiraət gecəsi: 3 May və şəhidlər anılıb
  • Nazirlik hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
  • Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir

Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir

Dünya Ariz Əhədov04.05.2026 - 21:40
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Ermənistanda səfərdə olan Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Bakıda saxlanılan “erməni əsirlər”lə (müharibə cinayətlərinə görə məhkum edən separatçılar) bağlı məsələni əvvəlcə Nikol Paşinyanla, daha sonra Prezident İlham Əliyevlə müzakirə edəcək. Bu, rəsmi Paris üçün yeni çətinlik vəd edir. Çünki separatçıların azad edilməsi istəyi Bakının “qırmızı xətləri”ni keçmək cəhdidir, həmçinin Paşinyanın da məsələyə münasibəti mənfidir.

Yeniera.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.

“Makron bunu anlayır, hərçənd, İrəvan küçələrində erməni jurnalistlərin sualını cavabsız qoyması, yaxud məsələyə laqeyd mövqe sərgiləməsi Fransanın “erməni siyasəti”nə zidd olardı. Fransa prezidentinin açıqlaması həm ölkəsindəki erməni icmasının, həm Yelisey sarayına təsir imkanı olan erməni lobbisinin istəyini qarşılamaq, həm də Ermənistanda revanşist elektoratının inamını itirməmək məqsədi kimi görünür.

İstisna deyil ki, Makron İrəvan səfərindən sonra Əliyevlə danışmağa cəhd edəcək. Lakin Bakının cavabı bəllidir: ya Əliyev ümumiyyətlə Makronun zənginə cavab verməyəcək, ya da ona “qırmızı xətt”i yenidən göstərəcək.

Makronun məsələni ritorik çərçivədən kənara çıxarmayacağı ehtimalı daha çoxdur. Bunun əksi – Fransanın həbs edilən separatçıların – Vardanyan, Arutyunyan və digərlərinin azad edilməsində israrlı mövqeyi Parisin təkcə Bakı ilə normallaşan münasibətlərini deyil, ümumilikdə Cənubi Qafqazdakı mövqelərini yenidən risk altına sala bilər. Bu, Avropa İttifaqının regionla bağlı siyasətinə də ziddir”, – politoloq bildirib.

Bənzər Xəbərlər

04.05.2026 - 22:41Ariz Əhədov

Mübariz Yunus qiraət gecəsi: 3 May və şəhidlər anılıb

04.05.2026 - 21:50Ariz Əhədov

Nazirlik hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

04.05.2026 - 21:29Ariz Əhədov

Ağaclar kəsildi, yerində ÇAYXANA TİKİLDİ

04.05.2026 - 15:30Ariz Əhədov

Məşhur general-polkovnik öldü - FOTO

04.05.2026 - 12:40Ariz Əhədov

Paşinyan iki il sonra Azərbaycana səfər etmək istəyir

04.05.2026 - 12:22Ariz Əhədov

Kallas sabah Azərbaycana gəlir

04.05.2026 - 12:17Ariz Əhədov

Həkim olmayan Bünyamin Hüseynov yenidən fəaliyyət başladı? Estetik əməliyyatları hansı qiymətə edir…-Videofakt

04.05.2026 - 11:52Ariz Əhədov

Moskvada dron binaya çırpıldı 

04.05.2026 - 11:05Ariz Əhədov

Antalyada dünya liderləri bir araya gələcək - FOTOLAR

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 309

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 087

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 963

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 177
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.