Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İsmail Kartal “Fənərbağça”dan istefa verdi
  • Maşınlara etibarnamə verilməsi qüvvədən düşür?
  • İlham Mirzəyev DANIŞDI: “Gücüm yoxdur…”
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Maşınlara etibarnamə verilməsi qüvvədən düşür?

Maşınlara etibarnamə verilməsi qüvvədən düşür?

Cəmiyyət Gülnar Əliyeva11.09.2026 - 01:59
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Maşınlara etibarnamə verilməsi qüvvədən düşür?

Azərbaycanda avtomobil idarə etmək üçün etibarnamə sistemi hələ də qüvvədədir.

Bu, vətəndaşlar üçün əlavə vaxt itkisi və bürokratik çətinliklər yaradır, həmçinin korrupsiya risklərini artırır. Sabiq maliyyə naziri, professor Saleh Məmmədov sosial şəbəkə hesabında bildirib ki, Azərbaycanda avtomobil idarə etmək üçün etibarnamə sistemi hələ də qüvvədədir və bu, vətəndaşlar üçün bir sıra çətinliklərə səbəb olur.

Dünyanın digər 192 ölkəsində isə belə bir sistem artıq ləğv edilib və avtomobil idarə etmək üçün yalnız sürücülük vəsiqəsi və avtomobil sənədləri kifayət edir. O, həmçinin qeyd edib ki, Azərbaycan istisna olaraq bu sistemi qoruyub saxlayır və gündəlik praktikada tətbiq edir.

Bu, vətəndaşlar üçün xərclərin artmasına, vaxt itkisinə və narazılığa səbəb olur. Etibarnamə kimi köhnəlmiş və formal prosedurların ləğvi, xərclərin isə onlayn şəkildə dövlət büdcəsinə yönəldilməsi həm vətəndaş, həm də dövlət üçün daha sərfəlidir.

Azərbaycanda bu qaydanın aradan qaldırılması nə dərəcədə realdır?

Yeniera.az xəbər verir ki, mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, onlayn avtomobil paylaşımı etibarnaməni artıq lazımsız edir:

“Bizim ölkəmizdə “car sharing”, yəni avtomobil paylaşımı layihəsi artıq fəaliyyət göstərir. Burada istənilən şəxs mobil tətbiq vasitəsilə distant, onlayn olaraq təklif olunmuş maşını kirayə götürə bilir. Bu zaman hər hansı yazılı etibarnaməyə də ehtiyac olmur. Artıq bu sistem ölkəmizdə mövcuddursa, bu, o deməkdir ki, etibarnamələr ləğv edilə, sadəcə hüquqi şəxslərdə, yəni şirkət maşınlarında bu sistem qala bilər. Şirkət avtomobilləri öz əməkdaşlarına etibarnamə ilə və ya digər vasitələrlə təqdim oluna bilər”.

Onun sözlərinə görə, fiziki şəxslər arasında etibarnaməyə ehtiyac qalmayıb:

“Düşünürəm ki, fiziki şəxslər arasında etibarnamə verilməsi artıq keçmişdə qalıb. Texnologiyalar inkişaf edib və bu səbəbdən artıq etibarnaməyə ehtiyac yoxdur. Hesab edirəm ki, qanunvericilikdə də bununla bağlı dəyişiklik edilməlidir. ”

Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə bu istiqamətdə dəyişikliklər olunmalıdır”.

Ekspert qeyd edib ki, hazırda qüvvədə olan yol hərəkəti ilə bağlı qanunvericilik müasir texnologiyalara uyğun yenilənməlidir:

“Ümumiyyətlə, nəzər yetirdikdə görürük ki, hazırda qüvvədə olan “Yol hərəkəti haqqında” Qanun və İnzibati Xətalar Məcəlləsi bir çox hallarda köhnə Sovet dövründən qalan hüquqi normaların təkrarından ibarətdir.

Bu səbəbdən də bu qanunlara yenidən baxılmalı və müasir dövrün reallıqlarına uyğun əlavələr edilməlidir. Dövr dəyişir, yeni texnologiyalar meydana çıxır. Etibarnamələrin ləğv edilməsi də məhz bu dəyişikliklərə uyğun atılacaq addım olardı”.

Bənzər Xəbərlər

11.09.2026 - 02:01Gülnar Əliyeva

İsmail Kartal "Fənərbağça"dan istefa verdi

11.09.2026 - 01:58Gülnar Əliyeva

İlham Mirzəyev DANIŞDI: "Gücüm yoxdur..."

11.09.2026 - 00:58Gülnar Əliyeva

Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? – Nazirin planı bəlli oldu

10.09.2026 - 23:05Gülnar Əliyeva

“Mançester Yunayted” - “Sabah” - CANLI YAYIM

10.09.2026 - 16:38Gülnar Əliyeva

Naxçıvan Həmkarlar İttifaqı sədrinin milyonluq imperiyası – SİYAHI

10.09.2026 - 16:25Gülnar Əliyeva

"Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir" - Şeyxin qardaşı

10.09.2026 - 16:13Gülnar Əliyeva

Niyamdan SƏRT SÖZLƏR: "Kanatı qayınına çəkdirdin, camaatın balası öldü"- VİDEO

10.09.2026 - 16:00Gülnar Əliyeva

Azərbaycanda bu paylaşımlara görə CƏRİMƏ OLUNACAQSINIZ

10.09.2026 - 15:40Gülnar Əliyeva

9 və 11-ci sinif şagirdlərinin DİQQƏTİNƏ – Buraxılış imtahanları...

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 001

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 060

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 986

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 792
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.