Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Vüsal Rzayev – rəqəmsal mediada aktiv kontent yaradıcı
  • Bakıda 15 yaşlı qız itkin düşüb
  • DTX-nin saxladığı “Çevik” həbs olundu
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Media»MEDİA: İran Kəşfiyyat Nazirliyinin AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi təəccüb doğurur

MEDİA: İran Kəşfiyyat Nazirliyinin AzTV-ni "düşmən media qurumları" siyahısına daxil etməsi təəccüb doğurur

Media Gülnar Əliyeva27.07.2026 - 16:31
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

İranın Kəşfiyyat Nazirliyinin bəzi xarici media subyektləri, o cümlədən Azərbaycan dövlət televiziya kanalı olan AzTV-nin “düşmən media qurumları” siyahısına daxil etməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti ilə hədələnməsi təəccüb doğurur.

Yeniera.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) bəyanatında qeyd edilib.

Qeyd olunub ki, Azərbaycan jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə sadiq olmaqla yanaşı, qarşılıqlılıq prinsipinin tətbiqini də təmin edir:

“Belə ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər”.

MEDİA bəyan edib ki, müvafiq maddənin tələbləri və qarşılıqlılıq prinsipi nəzərə alınaraq, Azərbaycan milli maraqlarına zidd fəaliyyət göstərən, ölkənin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan media subyektlərinin – “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir.

“Azərbaycanda fəaliyyət göstərən bütün media subyektlərini və jurnalistləri ölkəmizin milli maraqlarına qarşı fəaliyyət göstərən yuxarıda adları çəkilən media qurumları və onların əlaqəli nümayəndələri ilə əməkdaşlıqdan çəkinməyə çağırır, media sahəsində beynəlxalq əməkdaşlığın yalnız qarşılıqlı hörmət və jurnalistlərin peşə müstəqilliyi əsasında həyata keçirilməli olduğunu bir daha vurğulayırıq”, – deyə məlumatda bildirilib.

Bənzər Xəbərlər

14.09.2026 - 18:10Gülnar Əliyeva

DTX-nin saxladığı "Çevik" həbs olundu

14.09.2026 - 17:29Gülnar Əliyeva

Hikmət Hacıyev Türkiyə heyəti ilə görüşüb - FOTOLAR

14.09.2026 - 14:36Gülnar Əliyeva

Hakan Fidan Azərbaycana gəlir

14.09.2026 - 13:38Gülnar Əliyeva

Əli Nağıyev Çinə getdi - Foto

14.09.2026 - 11:00Gülnar Əliyeva

İlham Əliyev açılışda iştirak edib - FOTOLAR

14.09.2026 - 01:30Gülnar Əliyeva

Tehran Moskvadan TƏCİLİ yeni silahlar istədi - Böyük müharibə HAZIRLIĞI

13.09.2026 - 02:30Gülnar Əliyeva

Naxçıvandan “Kurtlar Vadisi”nədək uzanan sirli həyat – Əfsanəvi türk kəşfiyyatçısı...

13.09.2026 - 01:50Gülnar Əliyeva

Hörmüzlə bağlı RAZILIQ ƏLDƏ OLUNDU: Bütün qaydalar DƏYİŞDİ

12.09.2026 - 22:00Gülnar Əliyeva

Prezidentin xüsusi nümayəndəsi müjdəni verdi: Yaxın zamanda...

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 028

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 070

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 003

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 804
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.