Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9019
  • 100 RUB 2.0923
  • GBP 2.2760
  • TRY 0.0340
  • CNY 0.2553
  • GEL 0.6551
  • 100 KZT 0.3753
  • UAH 0.0375
  • AED 0.4628
Media

“Məqsədimiz rəqəmsal mediada operativ və etibarlı xəbər məkanı formalaşdırmaqdır”

“Məqsədimiz rəqəmsal mediada operativ və etibarlı xəbər məkanı formalaşdırmaqdır”

Rəqəmsal medianın sürətlə inkişaf etdiyi dövrdə yeni media platformalarının fəaliyyəti daha çox diqqət cəlb edir.

İNFOAZ.MEDİA -nın baş redaktoru Təbriz Dünyamalızadə fəaliyyət istiqamətləri, əldə olunan nəticələr və gələcək planlarla bağlı suallarımızı cavablandırıb.

– İNFOAZ.MEDİA hansı məqsədlə yaradılıb?

– Layihənin əsas məqsədi operativ, gündəmə uyğun və auditoriya üçün əlçatan xəbər platforması yaratmaq idi. Bu gün insanlar informasiyanı daha sürətli əldə etmək istəyir və biz bu tələbatı nəzərə alaraq fəaliyyət göstəririk.

– Fəaliyyətinizdə əsas prioritetlər hansılardır?

– Operativlik, dəqiqlik və auditoriya ilə davamlı əlaqə. Çalışırıq ki, təqdim etdiyimiz kontent həm informativ, həm də müasir media istehlakına uyğun olsun.

– Sosial media inkişafınızda hansı rol oynayıb?

– Sosial platformalar auditoriyaya daha yaxın olmaq imkanı yaradır. Xüsusilə qısa formatlı xəbər təqdimatı yeni media mühitində vacib istiqamətlərdən biridir.

– Qısa müddətdə əldə etdiyiniz nəticələri necə qiymətləndirirsiniz?

– Auditoriyanın marağı və aktivliyi bizim üçün əsas göstəricilərdən biridir. Bu nəticələr daha məsuliyyətli və sistemli işləmək üçün motivasiya yaradır.

– İNFOAZ.MEDİA -ni fərqləndirən əsas cəhət nədir?

– Çevik yanaşma, gündəmi operativ izləmək və xəbəri auditoriyaya uyğun təqdim etmək.

– Gələcək planlarınız nələrdir?

– Yeni layihələr, kontent istiqamətlərinin genişləndirilməsi və rəqəmsal media sahəsində inkişafı davam etdirmək əsas hədəflərimizdir.

– İzləyicilərinizə nə demək istərdiniz?

– Bizə göstərilən dəstəyə görə təşəkkür edirik. Məqsədimiz daha keyfiyyətli və operativ informasiya təqdim etməkdir.

Paylaş: