Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053 ▼0.0040
  • 100 RUB 1.9948 ▼0.0050
  • GBP 2.2514 ▼0.0002
  • TRY 0.0345
  • CNY 0.2540 ▲0.0002
  • GEL 0.6557 ▲0.0014
  • 100 KZT 0.3751 ▼0.0023
  • UAH 0.0379 ▲0.0001
  • AED 0.4628
Gündəm

“Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən qanunla çıxarılacaq” – Mədət Quliyev

“Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən qanunla çıxarılacaq” – Mədət Quliyev

Haqqında 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilən, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılacaq.

Yeniera.az xəbər verir ki, bu barədə Manset.az-a eksklüziv açıqlamasında Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev bildirib:

“Hər şey qanun çərçivəsində öz həllini tapacaq. Bir nəfər vaxtilə Şuranın üzvü olub, o da təbii ki, qanunla çıxarılacaq. Bizim ölkəmiz hal-hazırda dünya miqyasında, Cənab Prezidentin sayəsində ən önəmli yerini tutub. Azərbaycan hüquqi və dünyəvi dövlətdir. Hər bir şəxsə qanunun gücü tətbiq olunub və olunacaq. Buna hər kəs əmin ola bilər. O bir sıra təşkilatların, YAP-ın da üzvüdür. Zamanla və qanunun aliliyi çərçivəsində hər şey həllini tapacaq”.

Paylaş: