Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9037
  • 100 RUB 2.0840
  • GBP 2.2834
  • TRY 0.0339
  • CNY 0.2549
  • GEL 0.6561
  • 100 KZT 0.3768
  • UAH 0.0375
  • AED 0.4628
Siyasət

Mehriban Əliyeva Qırğızıstanda sağlamlıq və reabilitasiya mərkəzində – Fotolar

Mehriban Əliyeva Qırğızıstanda sağlamlıq və reabilitasiya mərkəzində – Fotolar

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu gün Çolpon-Ata şəhərində Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova və Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva ilə birlikdə “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub.

Yeniera.az xəbər verir ki, “Altın-Balalıq” sağlamlıq və reabilitasiya mərkəzi 2022-ci ilin mayından fəaliyyət göstərir.

Müəssisənin əsas məqsədi uşaqlara yüksəkkeyfiyyətli tibbi-reabilitasiya xidməti göstərmək və onların istirahətini təmin etməkdir.

Mərkəzdə 800 çarpayılıq 136 otaq var. Hər il yay tətili dövrü Qırğızıstanın bütün bölgələrindən və qonşu ölkələrdən 8 min-8 min 500 uşaq burada fəaliyyət göstərən yay düşərgəsində istirahət edir. Mərkəz hər ilin sentyabrından isə növbəti ilin iyununadək reabilitasiya üçün əlilliyi olan uşaqları qəbul edir.



Paylaş: