Bakıda hüquqi qeydiyyatda olan kommersiya qurumlarından birinin böyük məbləğdə vergi borcunun olduğu ortaya çıxıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, “MEHTEN RAZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 26.348,99 AZN vergi borcu mövcuddur.
Əldə etdiyimiz digər məlumatlara görə, şirkətin nizamnamə kapitalı cəmi 25 AZN təşkil edir. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 3, mənzil 118 olan MMC-nin qanuni təmsilçisi Asya Sabir qızı Tanrıverdiyevadır.
Cüzi nizamnamə kapitalına qarşılıq şirkətin 26 min manatdan artıq vergi borcunun yaranması diqqət çəkən məqamlardandır.

