Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992
  • 100 RUB 2.0276
  • GBP 2.2468
  • TRY 0.0344
  • CNY 0.2539
  • GEL 0.6553
  • 100 KZT 0.3762
  • UAH 0.0377
  • AED 0.4628
Gündəm

Nigar Əkbərovaya dövlət qurumunda yüksək vəzifə verildi

Nigar Əkbərovaya dövlət qurumunda yüksək vəzifə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Əməyin Mühafizəsi Mərkəzinə yeni departament direktoru təyin edilib.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, Nigar Əkbərovaya mərkəzin İnsan resurslarının idarə edilməsi və proseslərin təkmilləşdirilməsi departamentinin direktoru vəzifəsi həvalə olunub.

N.Əkbərova bu vəzifəsinə qədər, 2025-ci ildən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) törəmə cəmiyyəti olan “DOST İş Mərkəzi” MMC-də Monitorinq və Hüquq şöbəsinin müdiri vəzifəsini icra edib. Bundan başqa o, 2024-cü ildən 2025-ci ilə qədər “İcbari Sığorta Bürosu”nda çalışıb.

Paylaş: