Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İlham Əliyev Qaradağda açılışda – Fotolar
  • İranın zərbələrindən sonra ABŞ bazalarının vəziyyəti – Fotolar
  • İlham Əliyevdən konfrans iştirakçılarına – Müraciət
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və “mütləq oxuyacam” dedi

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

Siyasət Gülnar Əliyeva15.09.2026 - 10:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanın müstəqillik tarixinə həsr olunmuş kitaba münasibəti ilə bağlı maraqlı xatirə açıqlanıb.

Yeniera.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov ustad jurnalist Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” kitabının təqdimatında danışıb.

Əflatun Amaşov bildirib ki, illər əvvəl İrana səfər edərkən Şirməmməd Hüseynovun Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı kitablarını özü ilə aparıb. Həmin dövrdə İranın səhiyyə naziri olan Məsud Pezeşkian görüş keçirilən nümayəndə heyətinə rəhbərlik edib.

Amaşov görüş zamanı kitabları Pezeşkiana hədiyyə etdiyini deyib:

“Bildirdim ki, bunlar vacib və müqəddəs kitablardır, mütləq oxumaq lazımdır. Kitabların nədən bəhs etdiyini də ona izah etdim”.

Onun sözlərinə görə, Məsud Pezeşkian kitabı əlinə alaraq öpüb və mütləq oxuyacağını bildirib.

Qeyd edək ki, “İstiqlal söhbətləri” kitabı Azərbaycan mətbuatının tanınmış tədqiqatçısı Şirməmməd Hüseynovun yaradıcılığına həsr olunub. Nəşrdə Əməkdar jurnalist, Real TV-nin rəhbəri Mirşahin Ağayevin müxtəlif illərdə Şirməmməd Hüseynovla ANS TV və Real TV üçün apardığı müsahibələrin, eləcə də “YouTube” platformasında yayımlanan səs yazılarının mətnləri toplanıb.

Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, kitab üzərində işi AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı Rəşid Kərimli yekunlaşdırıb. Müsahibələri Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli və Şəki Pedaqoji Kollecinin müəllimi Ramiz Orsər redaktə ediblər.

Təqdimat mərasimində Modern Media Qrupunun rəhbəri Elşad Eyvazlı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, eləcə də digər jurnalist və alimlər iştirak ediblər. Çıxış edənlər nəşri Şirməmməd Hüseynovun xatirəsinə ehtiram nümunəsi kimi qiymətləndiriblər.

Şirməmməd Hüseynovun vəfatından sonra onun kitabları həyat yoldaşı Ülkər Hüseynovanın təşəbbüsü ilə nəşr olunur. “İstiqlal söhbətləri” həmin seriyadan olan növbəti kitabdır.

Bənzər Xəbərlər

16.09.2026 - 12:14Gülnar Əliyeva

İlham Əliyev Qaradağda açılışda - Fotolar

16.09.2026 - 11:50Gülnar Əliyeva

İranın zərbələrindən sonra ABŞ bazalarının vəziyyəti - Fotolar

16.09.2026 - 11:43Gülnar Əliyeva

İlham Əliyevdən konfrans iştirakçılarına - Müraciət

16.09.2026 - 11:41Gülnar Əliyeva

Prezident onları təltif etdi - Adlar

16.09.2026 - 11:38Gülnar Əliyeva

Avropa Liqasında mövsümə start verilir

16.09.2026 - 11:25Gülnar Əliyeva

Hafiz Həsənova hökm oxundu

16.09.2026 - 11:12Gülnar Əliyeva

Türkiyə-Azərbaycan Universitetində 289 tələbə təhsil alacaq

16.09.2026 - 10:38Gülnar Əliyeva

Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

16.09.2026 - 10:12Gülnar Əliyeva

TƏBİB sədri Adil Rzayevi baş həkim təyin etdi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 047

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 085

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 015

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 808
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.