Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Regionda hava soyuyur: ilk qar yağacaq – TARİX
  • DSX-nin tanınmış generalı vəfat etdi – FOTO
  • Bu 4 bürcə ŞAD XƏBƏR – Sentyabrın ikinci yarısından…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Prezident Berlinə getməzdən əvvəl DSX-dən məlumat alıb – “Gizli görüş”lə bağlı

Prezident Berlinə getməzdən əvvəl DSX-dən məlumat alıb - “Gizli görüş”lə bağlı

Siyasət Gülnar Əliyeva21.07.2026 - 19:35
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Bakıda keçirilmiş dediyiniz görüşlərlə əlaqədar deyə bilərəm ki, bu məlumatı biz “The Times” qəzetindən öyrəndik. Bizim bundan xəbərimiz yox idi. Təbii ki, belə mötəbər mətbu orqanda çıxan məqaləyə biz diqqətlə yanaşaraq araşdırma aparmışıq”.

Yeniera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında Bakıda Almaniya və Rusiya nümayəndələri arasında görüşün keçirilməsi barədə suala cavabında deyib.

Dövlət başçısının sözlərinə görə, dünən Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istəyib ki, “The Times” qəzetində adları keçən şəxslər Azərbaycanda bir vaxtda olublar, yoxsa yox:

“Sizə onu deyə bilərəm ki, bu məlumat təsdiqləndi. İyulun 12-də Berlin-Bakı reysi ilə iki nəfər tanınmış şəxs, – birinin xanım Merkelin administrasiyasının rəhbəri olduğu haqqında məlumat var, – cənab Pofala və cənab Platsik Bakıya gəlmişdilər və iyulun 14-də Bakıdan Berlinə geri qayıtmışdılar. Eyni zamanda, ayın 12-də Rusiyanın keçmiş Baş naziri cənab Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti Şurasının rəhbəri cənab Fadeyev Moskvadan Bakıya gəlmişdilər və biri ayın 13-də, o biri isə ayın 14-də Bakıdan ayrılmışdılar. Bizə bu barədə nə Almaniyadan, nə Rusiyadan hər hansı bir xəbər daxil olmamışdı. Yəni sadəcə olaraq, bizim ərazimiz bizdən xəbərsiz istifadə edilmişdir. Belə bir görüşün olub-olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm. Çünki biz bunu görməmişik. Amma dediyim bu uçuş statistikası deməyə əsas verir ki, belə bir gizli görüş Bakıda keçirilmişdir. Əgər bu görüş Ukrayna-Rusiya müharibəsini sonlandıracaqsa, əlbəttə ki, biz bunu alqışlayırıq.

O ki qaldı, ikinci suala, bilirsiniz, mən o vaxt məsləhət verirəm ki, bu məsləhət məndən xahiş edilir. Mən bu yaxınlarda Qarabağın Şuşa şəhərində Qlobal Media Forumunda oxşar bir sualla üzləşmişdim və demişdim ki, istənilən halda müharibə dərhal dayandırılmalıdır. Bizim əsas məqsədimiz bundan ibarətdir ki, bu müharibə dayansın və bölgədə sülh təmin edilsin”.

Bənzər Xəbərlər

18.09.2026 - 10:25Gülnar Əliyeva

DTX əməliyyat keçirdi - Xeyli sayda saxlanılan var

17.09.2026 - 22:10Gülnar Əliyeva

DTX rəisindən ÖNƏMLİ AÇIQLAMA: "Ciddi təhdiddir..."

17.09.2026 - 17:20Gülnar Əliyeva

Prezidentin təltif etdiyi Famil Qasımov KİMDİR? - DOSYE

17.09.2026 - 17:05Gülnar Əliyeva

DSK-lar yenidən formalaşdırılır - Yenilənib

17.09.2026 - 16:16Gülnar Əliyeva

Prezident SƏRƏNCAM İMZALADI

17.09.2026 - 16:07Gülnar Əliyeva

Prezident bu ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - Fotolar - Yenilənib

17.09.2026 - 14:41Gülnar Əliyeva

Prezident Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak edib

17.09.2026 - 14:31Gülnar Əliyeva

İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub

17.09.2026 - 14:13Gülnar Əliyeva

Prezident Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışını edib

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 056

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 094

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 022

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 815
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.