Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycan Paris sammitinə niyə dəvət edilməyib?
  • Dənizçilərimizin olduğu gəmi dron hücumuna məruz qaldı – 2 azərbaycanlı öldü
  • Yasamaldakı fəlakət şarj aparatından qaynaqlanıbmış – 3 ölü, 25 zəhərlənmə, 419 minlik ziyan
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Prezident Qaradağda açılışda iştirak etdi

Prezident Qaradağda açılışda iştirak etdi

Siyasət Gülnar Əliyeva10.09.2026 - 12:09
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda “Fabriora Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib.

Yeniera.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Fabriora Group” MMC-nin təsisçisi İbrahim Uygur dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat veriblər.

Bildirilib ki, müəssisədə həm yerli bazar, həm də xarici ölkələrdən gətirilən xammal və materiallardan istifadə olunmaqla kağız və gigiyenik məhsullar, o cümlədən uşaq bezləri, müxtəlif salfetlər və yuyucu vasitələr istehsal ediləcək. On bir hektara yaxın ərazidə yerləşən müəssisədə Almaniya, İtaliya və Türkiyənin müasir və yüksək avtomatlaşdırılmış istehsal texnologiyaları tətbiq olunacaq.

Məhsullar daxili bazarla yanaşı, Gürcüstana, Qazaxıstana, Rusiyaya, Yaxın Şərq ölkələrinə və digər dövlətlərə ixrac ediləcək. Burada 240 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.

Müəssisə İqtisadiyyat Nazirliyinin tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Layihənin ümumi investisiya dəyəri 27 milyon manatdır.

“Fabriora Group” MMC investisiya təşviqi sənədi əsasında avadanlıq idxalı zamanı ƏDV və gömrük rüsumlarından 1 milyon manat dəyərində güzəşt əldə edib.

Qeyd edək ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri sənaye potensialının gücləndirilməsi və rəqabətqabiliyyətli istehsalın genişləndirilməsidir. Sənayeləşmə prosesinin nəticələrindən biri də ölkədə daha dayanıqlı istehsal və təchizat zəncirlərinin formalaşmasıdır. Yerli istehsalın genişləndirilməsi həm daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, həm də Azərbaycan məhsullarının xarici bazarlara çıxışının artırılmasına imkan yaradır.











Bənzər Xəbərlər

10.09.2026 - 13:13Gülnar Əliyeva

Azərbaycan Paris sammitinə niyə dəvət edilməyib?

10.09.2026 - 12:40Gülnar Əliyeva

Prezident İƏT-in Baş katibini təbrik etdi

10.09.2026 - 11:38Gülnar Əliyeva

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

10.09.2026 - 11:12Gülnar Əliyeva

Prezident fərman imzaladı

10.09.2026 - 10:50Gülnar Əliyeva

Azərbaycanda zəlzələ oldu

10.09.2026 - 10:00Gülnar Əliyeva

“Şəki yaylası”nda baş verən hadisə ilə bağlı cinayət işi açıldı

10.09.2026 - 09:33Gülnar Əliyeva

Xocalıda ANAMA əməkdaşı minaya düşdü - YENİLƏNİB

09.09.2026 - 16:10Gülnar Əliyeva

Ruben Vardanyan ətrafında qurulan kampaniya şəbəkəsi - Moskvadan Kapitoliyə

09.09.2026 - 15:05Gülnar Əliyeva

Prezident nekroloq imzaladı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 986

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 051

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 982

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 789
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.