Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” – VİDEO
  • İlham Əliyev daha bir SƏRƏNCAM İMZALADI
  • İlham Əliyev Sərəncam İMZALADI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Prezident “Sadıqcanın evi”ndə – Fotolar

Prezident “Sadıqcanın evi”ndə - Fotolar

Siyasət Gülnar Əliyeva11.07.2026 - 15:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib.

Yeniera.az xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına görülmüş işlər barədə məlumat verdi.

Bildirildi ki, Şuşa şəhərinin işğalı dövründə bina uzun müddət baxımsız qalıb, nəticədə dam örtüyündə, döşəmələrdə və daş hörgülərdə ciddi aşınma və dağıntılar baş verib. Tikilinin memarlıq elementlərinin bir hissəsi zədələnib, mühəndis-kommunikasiya sistemləri tamamilə yararsız vəziyyətə düşüb.

Azərbaycan Prezidentinin 2022-ci ildə imzaladığı Sərəncama əsasən, Şuşa şəhərində Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadıqın – Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası məqsədilə vəsait ayrılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ildə Şuşa şəhərində Sadıqcanın yaşadığı evə baxıblar. Bir il sonra dövlətimizin başçısı burada icra ediləcək işlərin layihə konsepsiyası ilə tanış olub və 2024-cü ildə bu tarix-memarlıq abidəsində bərpa işlərinə başlanılıb.

Sadıqcanın zirzəmi və iki mərtəbədən ibarət ev-muzeyi Şuşa şəhərinin Sadıqcan küçəsində yerləşir. Sivri tağlı pəncərələr və giriş qapısının nisbətən iri daşlarla işlənməsi memarlıq baxımından binaya xüsusi gözəllik verir.

Sadıqcanın ev-muzeyi ölkə əhəmiyyətli tarix-memarlıq abidələri siyahısındadır.

Ev-muzeydə Sadıqcanın həyat və yaradıcılığına, Azərbaycan milli musiqi irsinə və Şuşanın zəngin ədəbi-bədii mühitinə həsr olunmuş ekspozisiya sahələri, konsert zalı, muğam ekspozisiya otağı, həmçinin kafe, suvenir mağazası, qeydiyyat bölməsi və musiqi alətləri emalatxanası yaradılıb.

Dövlət başçısına “Əbədiyyətin səsi” əsəri barədə məlumat verildi.

Bildirildi ki, bu heykəltaraşlıq əsəri Azərbaycanın milli musiqi aləti olan tarın rəmzi-bədii interpretasiyasıdır. Kompozisiyada tarın simlərindən doğan ağac obrazı musiqinin torpaqdan qaynaqlandığını, milli yaddaşdan güc aldığını və yenidən həyata çevrildiyini ifadə edir. Ağac forması kök, davamlılıq və dirçəliş ideyasını simvolizə edir.

Əsər Azərbaycanın musiqi beşiyi sayılan Şuşanın zəngin mədəni irsinə ithaf olunub.

Burada musiqi yalnız səs deyil, həm də milli kimliyin, ruhun və tarixi yaddaşın daşıyıcısı kimi təqdim edilir.

Abidənin müəllifi Əməkdar rəssam Rəşad Mehdiyevdir.

Bənzər Xəbərlər

19.09.2026 - 14:15Gülnar Əliyeva

İlham Əliyev daha bir SƏRƏNCAM İMZALADI

19.09.2026 - 14:10Gülnar Əliyeva

İlham Əliyev Sərəncam İMZALADI

19.09.2026 - 01:19Gülnar Əliyeva

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

18.09.2026 - 22:50Gülnar Əliyeva

“Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı+Video

18.09.2026 - 17:20Gülnar Əliyeva

Rəsmi Bakıdan Fransaya - Çağırış

18.09.2026 - 10:25Gülnar Əliyeva

DTX əməliyyat keçirdi - Xeyli sayda saxlanılan var

17.09.2026 - 22:10Gülnar Əliyeva

DTX rəisindən ÖNƏMLİ AÇIQLAMA: "Ciddi təhdiddir..."

17.09.2026 - 17:20Gülnar Əliyeva

Prezidentin təltif etdiyi Famil Qasımov KİMDİR? - DOSYE

17.09.2026 - 17:05Gülnar Əliyeva

DSK-lar yenidən formalaşdırılır - Yenilənib

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 064

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 097

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 025

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 818
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.