Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9037
  • 100 RUB 2.0840
  • GBP 2.2834
  • TRY 0.0339
  • CNY 0.2549
  • GEL 0.6561
  • 100 KZT 0.3768
  • UAH 0.0375
  • AED 0.4628
Siyasət

“Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq” – Video

“Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq” – Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

YENİERA.az-ın məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasında maraqlı dialoq yaşanıb.

Kənddə doğulub boya-başa çatan sakin nəvələrinin xahişi ilə Prezidentlə şəkil çəkdirmək istədiyini bildirib.

Kişi sakin: Bəli, bu kəndin sakiniyəm. Bəli, burada doğulub, burada böyüyüb, sürücü işləmişəm. Nəvələrim xahiş etdi ki, cənab Prezidentlə şəkil çəkdirərsən, gətirərsən, biz də başımızın üstündən asacağıq.

Prezident İlham Əliyev: Bəs işğal dövründə harada yaşayırdınız?

Kişi sakin: Bakıda.

Prezident İlham Əliyev: Bakıda? Şərait necə idi?

Kişi sakin: O qədər yaxşı deyildi, 33 ili yola verdik, Allah canını sağ eləsin.

Prezident İlham Əliyev: Hansı işlə məşğul idiniz?

Kişi sakin: Orada da öz maşınımla işləmişəm, “QAZ-53”üm var idi.

Prezident İlham Əliyev: İndi burada yenə sürücü?

Kişi sakin: Sürücülük. Maşının daşını atmışam, gedib.

Prezident İlham Əliyev: Burada nə işlə məşğul olacaqsınız?

Kişi sakin: Burada kənd təsərrüfatı ilə. Bizim camaat işlək camaatdır, cənab Prezident, əkəcəklər, biçəcəklər.

 

Paylaş: