Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Abid Şərifovun vəziyyəti ağırlaşdı
  • Qubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdi
  • FIFA prezidenti Hövsanda inşa olunan meydançalarda – FOTOLAR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Prezidentin “yaşıl işıq” tapşırığı Qəbələdə niyə sönür? – İcra Hakimiyyətinin “qırmızı işığı”nda qalan sahibkarlar

Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? - İcra Hakimiyyətinin "qırmızı işığı"nda qalan sahibkarlar

Gündəm Gülnar Əliyeva28.09.2026 - 17:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanda qeyri-neft sektorunun inkişafı və biznes mühitinin stimullaşdırılması regionlarda yeni müəssisələrin, hotel, restoran və anbarların tikilməsi ilə birbaşa bağlıdır. Dövlət başçısı səviyyəsində sahibkarlara “yaşıl işıq” yandırılması və sənədləşmə proseslərinin tamamilə rəqəmsallaşdırılması barədə verilən kəskin tapşırıqlara baxmayaraq, bəzi rayonlarda yerli məmurlar hələ də köhnə idarəetmə üsullarından və bürokratik əngəllərdən əl çəkə bilmirlər.

Yeniera.az xəbər verir ki, AFN.az-a daxil olan son şikayətlər göstərir ki, bölgələrdə kommersiya obyekti tikmək istəyən investorlar, qanunvericiliklə dəqiq çərçivəyə salınmış prosedurların yerlərdə süni şəkildə tormozlanması ilə üzləşirlər. Bu problemlərin mərkəzində dayanan son ünvanlardan biri isə regional turizm və biznes potensialı ilə seçilən Qəbələ rayonudur.

Qəbələdə fəaliyyət göstərən bir qrup sahibkar, tikinti ilə bağlı sənədlərin razılaşdırılması prosesində ciddi əsassız gecikmələrlə üzləşdiklərini bildirirlər. Onların sözlərinə görə, obyektlərin layihə sənədləri müvafiq qaydada Qəbələ Rayon İcra Hakimiyyətinə təqdim edilsə də, aylarla heç bir hərəkət olmadan saxlanılır və nəticədə qanunvericiliklə nəzərdə tutulan növbəti mərhələlərin icrasına ciddi əngəllər yaranır.

AFN.az-a müraciət edən iş adamları vurğulayırlar ki, əsas problem sənədlərin ilkin qəbulunda deyil, məhz onların yerli icra hakimiyyəti daxilində sonrakı mərhələlərə ötürülməsində yaşanır. İddialara görə, sənədlərin yerli qurumda səbəbsiz yerə yubadılması obyektlərin şəhərsalma baxımından ali nəzarətçi orqan olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması prosesini tormozlayır.

Bu isə sahibkarların fəaliyyətinə ağır zərbə vuraraq tikinti qrafiklərinin pozulmasına, investisiya planlarının alt-üst olmasına və obyektlərin istifadəyə verilmə tarixinin qeyri-müəyyən müddətə təxirə düşməsinə səbəb olur.

Halbuki qanunvericilik bu prosesi tamamilə şəffaf və günbəgün hesablana bilən rəqəmsal bir sistemə bağlayıb.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, Bakı şəhərindən kənarda kommersiya təyinatlı tikintiyə icazə üçün müraciətlər birbaşa yerli icra hakimiyyəti orqanlarına e-tikinti.gov.az portalı vasitəsilə ünvanlanmalıdır.

Prosesin ilkin mərhələsində torpağın sənədləri və kateqoriyası yoxlanıldıqdan sonra İcra Hakimiyyəti sahibkara şəhərsalma şərtlərini əks etdirən Memarlıq-Planlaşdırma Tapşırığını təqdim etməlidir. Bundan sonra hazırlanan layihə sənədləri sistemə yüklənir və məhz bu nöqtədə məmur süründürməçiliyinin qarşısını almaq üçün qanun sərt müddətlər qoyur.

Məcəllənin 75-ci maddəsinə əsasən, təqdim olunan sənədlərin tamlığı ekspertizası tələb olunan layihələr üzrə üç iş günü, ekspertizası tələb olunmayan kiçik kommersiya obyektləri üzrə isə cəmi iki iş günü ərzində yoxlanılmalı və çatışmazlıq aşkarlanarsa, ərizəçiyə dərhal rəsmi məlumat verilməlidir.

Sənədlərin tamlığı təmin edildikdən sonra layihə aidiyyəti qurumların rəyinə göndərilir və yerli icra hakimiyyətinin sorğusu əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də cəmi beş iş günü müddətində layihənin rayonun Baş Planına uyğunluğuna dair rəyini sistemə yükləməlidir.

Bütün bu rəylərin toplanması və yekun tikinti icazəsinin verilməsi üçün qanun yerli icra orqanlarına maksimum otuz gün vaxt tanıyır.

Lakin Qəbələ rayonunda bu müddət aylarla uzanır. Redaksiyamıza daxil olan müraciətdə isə artıq 3 aydır ki, heç bir cavab verilmədiyi bildirilir.

Göründüyü kimi, dövlətin müəyyən etdiyi hüquqi çərçivə ilə Qəbələ Rayon İcra Hakimiyyətinin real təcrübəsi arasında kəskin təzadlar mövcuddur. Sahibkarların narazılığı sadəcə növbə gözləməkdən deyil, qanunvericiliklə təsbit edilmiş bu dəqiq müddətlərin yerli məmurlar tərəfindən kobud şəkildə pozulmasından qaynaqlanır.

AFN.az olaraq yaranmış vəziyyətlə bağlı Qəbələ Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, qarşı tərəflə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı. Belə ki, RİH-in rəsmi saytındakı aidiyyəti şəxslərin telefon nömrələrinə etdiyimiz zənglər, eyni zamanda saytda göstərilən rəsmi e-mail ünvanına yazdığımız məktub cavabsız qaldı. Hər bir halda qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Qeyd edək ki, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevdir. O, bu vəzifəyə 2010-cu ilin martında təyin edilib.

Azərbaycanın internet resurslarında S.Abdullayev haqda heç də xoş olmayan məlumatlar kifayət qədərdir. Ümid edirik ki, hörmətli icra başçısı daha bir qalmaqalda adının detallarla hallanmasına razı olmayacaq və 3 aydır rəhbərlik etdiyi qurumda ləngidilən tikintiyə icazə müraciətlərinin cavablandırılmasını təmin edəcək.

Bənzər Xəbərlər

29.09.2026 - 16:20Gülnar Əliyeva

Abid Şərifovun vəziyyəti ağırlaşdı

29.09.2026 - 16:06Gülnar Əliyeva

Qubad İbadoğlu haqda qərar dəyişdi - Almaniyaya getdi

29.09.2026 - 15:52Gülnar Əliyeva

FIFA prezidenti Hövsanda inşa olunan meydançalarda - FOTOLAR

29.09.2026 - 15:40Gülnar Əliyeva

Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi

29.09.2026 - 15:28Gülnar Əliyeva

“Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın və Qənirə Paşayevanın Xatirə Otağının açılış mərasimi keçirilib

29.09.2026 - 15:15Gülnar Əliyeva

Putin yeni fərman imzaladı: Azərbaycanla bağlı bu qadağanı qoydu

29.09.2026 - 15:05Gülnar Əliyeva

Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: ala bilməyəcəklər

29.09.2026 - 14:50Gülnar Əliyeva

Bu küçələrdə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

29.09.2026 - 14:38Gülnar Əliyeva

Dağlıq ərazilərə qar yağacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 199

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 179

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 092

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 850
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.