Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Regionda hava soyuyur: ilk qar yağacaq – TARİX
  • DSX-nin tanınmış generalı vəfat etdi – FOTO
  • Bu 4 bürcə ŞAD XƏBƏR – Sentyabrın ikinci yarısından…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? – Dosye

Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye

Siyasət Gülnar Əliyeva28.07.2026 - 18:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı son sərəncamlarla ölkənin diplomatik korpusunda mühüm kadr dəyişiklikləri baş tutub. Sərəncama əsasən, Azərbaycan Respublikasının İtaliya,Tacikistan və Qazaxıstanda yeni səfirləri təyin edilib.

Yeniera.az yeni təyinat alan səfirlərin dosyesini təqdim edir:

Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri

Elçin Nəriman oğlu HüseynliAzərbaycanın Hindistanda, eyni zamanda Banqladeşdə, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Dövlət başçısının digər Sərəncamı ilə E.Hüseynli Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Elçin Hüseynli uzun illər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Təhlükəsizlik problemləri idarəsinin rəisi vəzifəsində çalışıb. 10 oktyabr 2023-cü il tarixində dövlət başçısının Sərəncamı ilə Azərbaycanın Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə gətirilib. O, eyni zamanda Azərbaycanın Banqladeş, Butan, Maldiv, Nepal və Şri-Lankadakı rezident və qeyri-rezident səfiri statusunu daşıyıb. 2026-cı ilin iyulunda bu missiyasını uğurla başa vuraraq geri çağırılıb.

Göstərdiyi xidmətlərə görə 9 iyul 2024-cü ildə Prezident İlham Əliyev tərəfindən ona “İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” diplomatik rütbəsi verilib.

Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri

Əlimirzamin Qəvvam oğlu Əskərov 1959-cu ildə anadan olub.

1981-ci ildə Leninqrad Dövlət Universitetini, 1993-cü ildə isə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib.

1992-2021-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

1994-1998-ci illərdə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində birinci katib vəzifəsində fəaliyyət göstərib.

1998-2012-ci illərdə Xarici İşlər Nazirliyində şöbə müdirinin müavini, şöbə müdiri, həmçinin

İnsan hüquqları, demokratikləşmə və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrində çalışıb.

2012-2017-ci illərdə Azərbaycanın Çexiya Respublikasındakı səfirliyində müşavir olub.

2017-2021-ci illərdə Xarici İşlər Nazirliyinin Humanitar və Sosial Məsələlər İdarəsinin rəisi vəzifəsində işləyib.

16 iyul 2021-ci ildən Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib.

Prezident İlham Əliyevin sərəncamı ilə Tacikistandakı səfir vəzifəsindən geri çağırılıb və Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Rus, ingilis, fars, çex və tacik dillərini bilir.

Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri

Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

 

Elxan Cahangir oğlu Qəhrəman 22 aprel 1965-ci ildə Bakı şəhərində anadan olub.

1989-cu ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini, 2000-ci ildə isə Vyana Diplomatik Akademiyasını bitirib.

Əmək fəaliyyətinə 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının jurnalında baş redaktor kimi başlayıb və 1991-ci ilədək həmin vəzifədə çalışıb.

1991-1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində ikinci katib vəzifəsində işləyib. 1995-1997-ci illərdə Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyində ikinci katib, 1997-1998-ci illərdə isə yenidən Xarici İşlər Nazirliyində ikinci katib olub.
1998-1999-cu illərdə Xarici İşlər Nazirliyində birinci katib, 1999-2001-ci illərdə isə şöbə müdiri vəzifələrində çalışıb.

2001-2006-cı illərdə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyində birinci katib olub. 2006-cı ildə həmin səfirliyin Dubaydakı ofisində konsul vəzifəsinə təyin edilib.

2006-2007-ci illərdə Xarici İşlər Nazirliyində şöbə müdiri, 2007-2009-cu illərdə isə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyində müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərib.

2009-2015-ci illərdə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri, 2016-2022-ci illərdə isə Azərbaycanın Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

İngilis, rus və türk dillərini bilir. Evlidir, bir övladı var./milli.az

Bənzər Xəbərlər

18.09.2026 - 10:25Gülnar Əliyeva

DTX əməliyyat keçirdi - Xeyli sayda saxlanılan var

17.09.2026 - 22:10Gülnar Əliyeva

DTX rəisindən ÖNƏMLİ AÇIQLAMA: "Ciddi təhdiddir..."

17.09.2026 - 17:20Gülnar Əliyeva

Prezidentin təltif etdiyi Famil Qasımov KİMDİR? - DOSYE

17.09.2026 - 17:05Gülnar Əliyeva

DSK-lar yenidən formalaşdırılır - Yenilənib

17.09.2026 - 16:16Gülnar Əliyeva

Prezident SƏRƏNCAM İMZALADI

17.09.2026 - 16:07Gülnar Əliyeva

Prezident bu ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - Fotolar - Yenilənib

17.09.2026 - 14:41Gülnar Əliyeva

Prezident Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak edib

17.09.2026 - 14:31Gülnar Əliyeva

İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub

17.09.2026 - 14:13Gülnar Əliyeva

Prezident Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışını edib

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 057

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 094

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 023

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 815
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.