Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İki ay əvvəl təyin olunduğu vəzifəsindən ayrıldı
  • Beyləqanda ağır qəza – Ata öldü, oğul yaralandı+Yenilənib
  • Ağır qəzada ölən 24 yaşlı Yusifin FOTOSU
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Prezidentlər geniş tərkibdə görüşdü – Fotolar-Yenilənib

Prezidentlər geniş tərkibdə görüşdü - Fotolar-Yenilənib

Siyasət Gülnar Əliyeva14.07.2026 - 11:12
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

İyulun 14-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub.

Yeniera.az xəbər verir ki, geniş tərkibdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi: Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Qarabağa xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əvvəlcə, qonaqpərvərliyə görə minnətdaram. Ötən il ölkənizə rəsmi səfərimdən və müzakirələrimizdən xoş xatirələr qalır. Məmnunam ki, fəal dialoqu davam etdiririk. Eyni zamanda, şadam ki, Sizi Administrasiyanızın və Hökumətinizin mühüm üzvlərindən ibarət çox böyük nümayəndə heyəti müşayiət edir. Biz də böyük heyətimizlə buradayıq. Bu, işin və ikitərəfli gündəliyin miqyasını, həmçinin irəliləyişi gördüyümüz və əlavə irəliləyişi görmək istədiyimiz həmin istiqamətləri nümayiş etdirir. Elə indicə bir çox məsələlərlə bağlı təkbətək fikir mübadiləsi apardıq, indi isə nümayəndə heyətləri ilə davam edirik. Tam əminəm ki, bu səfər tərəfdaşlığımıza əlavə təkan verəcək.

Sizi Qarabağda qəbul etmək xüsusilə xoşdur. Sabah Siz Bakıda olacaqsınız. Biz, həmçinin hazırda slovak şirkəti tərəfindən tikilən “ağıllı kənd”ə səfər edəcəyik və bu, güclü əlaqələrimizin digər yaxşı nümunəsidir. Hazırda burada, Qarabağda yenidənqurma işləri hökumətimizin əsas prioritetlərindən biridir. Buna görə slovak mütəxəssislərin iştirakı olduqca vacibdir. Bir sözlə, biz bu gün gündəliyimizdə olan bir çox məsələləri əhatə edəcəyik. Bir daha xoş gəlmisiniz və dəvətimi qəbul etdiyinizə görə minnətdaram.

***

Slovakiya Prezidenti Peter Pelleqrini çıxış edərək dedi: Çox sağ olun, cənab Prezident. Güclü nümayəndə heyəti ilə yenidən Azərbaycanda olmaq bizim üçün böyük şərəfdir və dəvətinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm.

Sizin Bratislavaya səfəriniz mənim də xatirimdədir. Həmin səfər diplomatik münasibətlərimizin tarixində mühüm səfər oldu. Əlbəttə, mən Bakıda deyil, Qarabağda, Şuşada görüşmək təklifinizi çox yüksək dəyərləndirirəm. Biz, həqiqətən, böyük təəssürat altındayıq. Ötən gecədən başlayaraq, cəmi bir neçə saatdır buradayıq və azad ediləndən sonra bir neçə il ərzində görülmüş işlər, həyata keçirilmiş infrastruktur layihələri bizə xoş təəssürat bağışladı. Biz çox fərəhlənirik ki, Slovakiya həmin işlərdə iştirak edir. Həmin mühüm layihələrdə iştirak edən iki xarici şirkətlərdən biri bizik. Ümid edirik ki, slovak ekspertlər gələn illərdə də burada digər yeni layihələrdə iştirak edəcəklər.

***

Geniş tərkibdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub.


Bənzər Xəbərlər

31.07.2026 - 21:43Gülnar Əliyeva

Baş nazir Qərar imzaladı

31.07.2026 - 20:05Gülnar Əliyeva

Prezidentin Qırğızıstan səfərindən - Görüntülər

31.07.2026 - 19:42Gülnar Əliyeva

Prezidentin Qırğızıstana səfəri başa çatdı - Video

31.07.2026 - 17:41Gülnar Əliyeva

Mehriban Əliyeva Qırğızıstanda sağlamlıq və reabilitasiya mərkəzində - Fotolar

31.07.2026 - 17:20Gülnar Əliyeva

Samir Şərifova vəzifə verildi

31.07.2026 - 15:13Gülnar Əliyeva

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Fotolar - Yenilənib

31.07.2026 - 12:14Gülnar Əliyeva

Çolpon-Atada dövlət başçılarının qeyri-rəsmi görüşü - Fotolar

31.07.2026 - 11:12Gülnar Əliyeva

Prezidentlə xanımının şərəfinə dövlət ziyafəti verildi

31.07.2026 - 11:03Gülnar Əliyeva

Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edildi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 405

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 644

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 672

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 525
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.