Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Pensiyalarla bağlı rəsmi qərar: Yeni ildən qüvvəyə minəcək
  • Hasil Abbasov onu işdən azad etdi – FOTO
  • Ombudsmanın maaşı 4 dəfə artırıldı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Putin bu tarixdə hakimiyyətdən gedəcək

Putin bu tarixdə hakimiyyətdən gedəcək

Dünya Gülnar Əliyeva30.06.2026 - 15:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin uzanması fonunda Prezident Vladimir Putinin hakimiyyətinin gələcəyi ilə bağlı yeni iddialar irəli sürülüb.

Yeniera.az xəbər verir ki, Forbes nəşrinin dərc etdiyi təhlildə Putinin qarşıdakı üç il ərzində hakimiyyətdən uzaqlaşdırılması ehtimalının artdığı bildirilir.

Məqalədə qeyd olunur ki, hakimiyyət dəyişikliyi müxtəlif ssenarilər üzrə baş verə bilər. Bunlara sürətli çevriliş və ya sui-qəsd, məhkəmə prosesi, daxili siyasi qarşıdurmalar, Ukraynanın mümkün yeni hərbi uğurları, Rusiyada iğtişaşlar və hətta Çinin Moskvaya dəstəyini azaltması daxildir.

Nəşr xatırladır ki, son yüz ildə Rusiyada hakimiyyət dəyişikliyi iki dəfə böyük hərbi kampaniyaların fonunda baş verib. Bunlardan biri Birinci Dünya müharibəsi, digəri isə SSRİ-nin Əfqanıstana müdaxiləsi dövrünə təsadüf edib. Təhlildə vurğulanır ki, müharibə uzandıqca Kreml daxilində narazılığın artması ehtimalı yüksəlir. İddia olunur ki, Putinin yaxın çevrəsi ölkədəki vəziyyətin ağırlaşması fonunda öz siyasi gələcəyini düşünməyə başlayıb və müəyyən mərhələdə hakimiyyət daxilindən etiraz dalğası yarana bilər.

Forbes yazır ki, Putinin təhlükəsizliyi Federal Təhlükəsizlik Xidməti (FSB), Rusiya Milli Qvardiyası, Daxili İşlər Nazirliyinin qüvvələri və digər xüsusi xidmət strukturları tərəfindən təmin olunur. Nəşrin iddiasına görə, bu qurumlar arasında uzun illərdir davam edən rəqabət böhran vəziyyətində ciddi qarşıdurmaya çevrilə bilər.

Məqalədə Putinin hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı mümkün “Çauşesku ssenarisi” də xatırlanır. Nəşr hesab edir ki, sürətli hakimiyyət dəyişikliyi yeni siyasi rəhbərliyə keçid üçün istifadə oluna bilər. Bununla yanaşı, Putinin uzun illər yaxın silahdaşı hesab olunan keçmiş müdafiə naziri Sergey İvanovun bu yaxınlarda vəfat etməsi də Kreml daxilində baş verən proseslər fonunda diqqət çəkən hadisə kimi qiymətləndirilir.

Təhlildə Rusiyada vəziyyəti daha da gərginləşdirə biləcək amillər sırasında Ukraynanın yeni hücumları, ərzaq qıtlığı, bəzi regionlarda separatçı meyllərin güclənməsi və Çinin mövqeyinin dəyişməsi göstərilir.

Nəşr sonda belə nəticəyə gəlir ki, mövcud proseslər eyni istiqamətdə davam edərsə, Vladimir Putinin növbəti üç il ərzində hakimiyyətdən uzaqlaşdırılması ehtimalı kifayət qədər yüksəkdir.

Qeyd edək ki, bu məlumat və proqnozlar Forbes nəşrinin təhlilinə əsaslanır və rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Bənzər Xəbərlər

30.09.2026 - 11:00Gülnar Əliyeva

Təl-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı 

30.09.2026 - 00:56Gülnar Əliyeva

İranda silahlı qarşıdurma başlayıb - VİDEO

29.09.2026 - 15:15Gülnar Əliyeva

Putin yeni fərman imzaladı: Azərbaycanla bağlı bu qadağanı qoydu

29.09.2026 - 12:53Gülnar Əliyeva

Türkiyə Futbol Federasiyası Hakimlər Komitəsinin sədri saxlanıldı

29.09.2026 - 12:40Gülnar Əliyeva

Son 200 ildə edam edilən ilk qadın olacaq - FOTO

29.09.2026 - 10:50Gülnar Əliyeva

İran həmin xəbərləri təkzib etdi

29.09.2026 - 10:08Gülnar Əliyeva

Rusiyada matəm ELAN EDİLDİ - 16 ölü

28.09.2026 - 18:05Gülnar Əliyeva

Ərdoğanın müavini istefa verdi

28.09.2026 - 11:55Gülnar Əliyeva

Zelenski hücumda ölən azərbaycanlı Abbasla bağlı başsağlığı verdi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 213

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 189

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 100

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 855
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.