Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezident Qaradağda açılışda iştirak etdi
  • Ukrayna yeni zenit raketini Polşada təqdim etdi
  • Sabiq baş konsula cinayət işi açılıb – Qızıl qaçaqmalçılığı ittihamı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Qapınıza bu sənəd asılıbsa, diqqətli olun! – Xəbərdarlıq

Qapınıza bu sənəd asılıbsa, diqqətli olun! – Xəbərdarlıq

Cəmiyyət Gülnar Əliyeva10.09.2026 - 10:12
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Sosial şəbəkələrdə ev sahiblərinin qarşılaşdığı vergi öhdəliyi ilə bağlı şikayət və suallar müzakirələrə səbəb olub. Vətəndaşlardan biri bildirib ki, 4-5 ay əvvəl aldığı evin qapısına vergi ilə bağlı bildiriş asılıb, lakin sənəddə vergi ödəyicisi kimi onun deyil, əvvəlki ev sahibinin adı göstərilib. Paylaşımın şərhlərində bir çox vətəndaş da oxşar halla qarşılaşdığını bildirib.

Bəs bu vergi nədir və kimlər üçün məcburidir? Evini yeni alan şəxsin əvvəlki sahibin vergi borcunu ödəməsi tələb oluna bilərmi? Əvvəlki dövrdən yaranan borc yeni ev sahibinin üzərinə keçirmi? Bu ödəniş edilmədikdə hansı hüquqi nəticələr yarana bilər?

Yeniera.az xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas Xəyal Bəşirov deyib ki, bu, yerli, yəni bələdiyyə vergiləridir:

“Əsas söhbət konkret olaraq əmlak vergisinin toplanmasından gedir. Son zamanlar bu verginin toplanması ilə bağlı bələdiyyələrin daha aktiv fəaliyyət göstərdiyini görürük. Əmlak vergisi mülkiyyətçi üçün aktual öhdəlikdir. Lakin bəzi hallarda evin mülkiyyətçisi dəyişdikdən sonra əvvəlki mülkiyyətçiyə aid olan dövr üzrə vergi yeni mülkiyyətçidən tələb olunur. Bu, düzgün deyil və qanunvericiliyin tələblərinə ziddir. Vergi öhdəliyi şəxsin əmlak üzərində mülkiyyət hüququ yarandığı andan başlayır. Buna görə də yeni mülkiyyətçidən əvvəlki dövrə aid verginin tələb edilməsi əsaslı sayıla bilməz. Bundan başqa, bəzi hallarda əmlak vergisinin düzgün hesablanmadığı ilə də qarşılaşırıq. Özüm də belə halların şahidi olmuşam. Sistemə müəyyən məbləğ daxil edilir və sonradan həmin məbləğin sistemdən silinməsinin mümkün olmadığı əsas gətirilərək vətəndaşdan ödəniş tələb olunur”.

Hüquqşünas bildirib ki, əmlak vergisi vətəndaşların mülkiyyətçi kimi qeydiyyata alındıqları gündən hesablanmalıdır:

“Eyni zamanda, qanunvericilikdə vergi güzəştləri və vergidən azadolmalar da nəzərdə tutulub. Şəhərin müxtəlif əraziləri müəyyən kateqoriyalara bölünür və əmlak vergisinin məbləği həmin kateqoriyalara uyğun olaraq fərqli hesablanır. Digər tərəfdən, bələdiyyələrin fəaliyyəti yalnız vergi toplamaqla məhdudlaşmamalıdır. Əvvəllər “bələdiyyə” anlayışı daha çox torpaq satışı ilə əlaqələndirilirdi. Bu gün isə vətəndaşların gündəlik həyatında bələdiyyələrin əsasən əmlak vergisi toplayan qurum kimi görünməsi müəyyən suallar yaradır. Bələdiyyələrin yerli əhaliyə göstərdiyi xidmətlər və onların gündəlik həyatda rolu da daha aydın görünməlidir. Ona görə hesab edirəm ki, vətəndaşlar mülkiyyətçi olmadıqları dövrə aid vergini ödəməməlidirlər. Belə hallarla qarşılaşdıqda bələdiyyələrə öz tələblərini bildirməli və yalnız mülkiyyətçi olduqları dövrə aid vergini ödəməlidirlər

Bənzər Xəbərlər

10.09.2026 - 12:03Gülnar Əliyeva

Ukrayna yeni zenit raketini Polşada təqdim etdi

10.09.2026 - 11:50Gülnar Əliyeva

Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı

10.09.2026 - 11:38Gülnar Əliyeva

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

10.09.2026 - 11:25Gülnar Əliyeva

Trampla Zelenski görüşəcəklər - Tarix açıqlandı

10.09.2026 - 11:00Gülnar Əliyeva

“Sabah” “Mançester Yunayted”ə qarşı

10.09.2026 - 10:38Gülnar Əliyeva

Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı

10.09.2026 - 10:25Gülnar Əliyeva

DİN əməliyyat keçirdi: Saxlanılanlar var

10.09.2026 - 09:20Gülnar Əliyeva

Bu bürclər işdə uğur qazanacaq - Maaşları artacaq

10.09.2026 - 02:10Gülnar Əliyeva

Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 984

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 051

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 981

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 789
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.