“Qəbələ” bu gün baş məşqçisi Kaxaber Tsxadadze ilə yollarını ayırıb.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, “qırmızı-qaralar”ın yeni çalışdırıcısı Elmar Baxşıyev olacaq.
Son anda bir dəyişiklik olmasa, 46 yaşlı mütəxəssis sabiq klubuna qayıdacaq.
E. Baxşıyev daha əvvəl 2019-24-cü illər arasında “Qəbələ”ni çalışdırıb. O, bölgə təmsilçisinə 2023-cü ildə Azərbaycan Kubokunu qazandırıb.

