Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992 ▼0.0061
  • 100 RUB 2.0276 ▲0.0328
  • GBP 2.2468 ▼0.0046
  • TRY 0.0344 ▼0.0001
  • CNY 0.2539 ▼0.0001
  • GEL 0.6553 ▼0.0004
  • 100 KZT 0.3762 ▲0.0011
  • UAH 0.0377 ▼0.0002
  • AED 0.4628
Gündəm

Qələbə qazanan “Qarabağ”ın qazancı açıqlandı

Qələbə qazanan “Qarabağ”ın qazancı açıqlandı

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın qazancı artmaqda davam edir.

Yeniera.az publika.az-a istinadən xəbər verir ki, qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində 7 turdan sonra 10 xal toplayan Ağdam klubunun ümumilikdə qazancı 7,05 milyon avroya (təqribən 14 milyon manat) çatıb.

UEFA liqa mərhələsində hər qələbə üçün 2,1 milyon avro mükafat ayırır. Heç-heçə isə 750 min avro dəyərindədir.

Qeyd edək ki, “Qarabağ” ÇL-in liqa mərhələsinə vəsiqə qazandığına görə 23,7 milyon avro (47,1 milyon manat) gəlir əldə edib. Ümumilikdə isə “Qarabağ”ın cari mövsümdəki gəliri təqribən 30,75 milyon avroya (61,11 milyon manat) çatıb.

Paylaş: