Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz
  • Türkiyədə ard-arda zəlzələlər oldu
  • Polad Bülbüloğlunun ikinci həyat yoldaşından evlilik iddialarına REAKSİYA
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Qəzənfər Paşayevin AMEA-da yuxulaması fotosuna QIZINDAN REAKSİYA

Qəzənfər Paşayevin AMEA-da yuxulaması fotosuna QIZINDAN REAKSİYA

Gündəm Ariz Əhədov27.02.2026 - 01:07
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

AMEA-nın son iclasında alimlərin yuxuladıqları fotoları gündəm oldu. Fotosu yayılan şəxslərdən biri də Qəzənfər Paşayev idi. O, açıqlaması zamanı tədbirdə yatmadığını, gözünə işıq salınaraq şəklinin çəkildiyini bildirmişdi. Qəzənfər Paşayevin qızı Təranə Paşayeva “Facebook” hesabında bu məsələyə münasibət bildirib.

Ajans.az xəbər verir ki, o, paylaşımında bildirib ki, elmə və alimə hörmətlə yanaşmaq gələcəyimizə hörmət deməkdir:

“Son zamanlar AMEA-nın adı sosial şəbəkələrdə tez-tez hallandırılır. Təəssüf doğuran haldır ki, mövzu ilə bağlı kifayət qədər məlumatı olmayan şəxslər tərəfindən müxtəlif yazılar paylaşılır, bəzi xəbər saytlarında isə dəqiqliyi təsdiqlənməmiş məlumatlar, hətta şəkillərlə birlikdə yayımlanaraq ictimai rəyə təqdim olunur. Bəzən bu paylaşımlar sensasiya xarakteri daşıyır və sanki məlumatı daha tez yaymaq üçün yarış aparılır.

Təəssüf edirəm ki, belə hallar məhz yaşadığımız ölkədə baş verir. Alimlərimiz cəmiyyət üçün böyük dəyər kəsb edir. Elm yolu uzun, çətin və məsuliyyətli bir yoldur. Bu yolda insan illərlə araşdırmalar aparır, elmi məqalələr və kitablar nəşr etdirir, bilik və təcrübəsini artıraraq alimlik zirvəsinə yüksəlir. Bu, həqiqətən də böyük zəhmət, səbr və fədakarlıq tələb edən bir ömür yoludur.

Bütün həyatını elmə həsr edən, ömrünü araşdırmalara və gənc nəslin yetişməsinə sərf edən ziyalılarımıza qarşı bəzi informasiya resurslarında qeyri-ciddi və lağlağı münasibətin sərgilənməsi ciddi təəssüf hissi doğurur. Alimlərin elmi fəaliyyətini, tədqiqatlarını və nəşrlərini müzakirə etmək əvəzinə, mövzunun qeyri-ciddi istiqamətə yönəldilməsi cəmiyyət üçün faydalı deyil.

Unutmamalıyıq ki, elmə və alimə hörmət cəmiyyətin inkişaf göstəricisidir. Bu gün hansısa uğuru və ya mövqeni tənqid edənlərin bir qismi, bəlkə də, həmin zirvəyə çatmağın nə qədər çətin olduğunu dərk etmir. Lakin tarix göstərir ki, əsassız tənqid və qərəzli münasibət dəyəri azaltmır; əksinə, görülən işin və qazandığı hörmətin göstəricisi ola bilər.

AMEA-nın və ümumilikdə elmin nüfuzunun qorunması hər birimizin məsuliyyətidir. Elmə və alimə hörmətlə yanaşmaq gələcəyimizə hörmət deməkdir”.

Bənzər Xəbərlər

26.08.2026 - 17:31Gülnar Əliyeva

Polad Bülbüloğlunun ikinci həyat yoldaşından evlilik iddialarına REAKSİYA

26.08.2026 - 16:08Gülnar Əliyeva

Hava ilə bağlı xəbərdarlıq: Avqustun 27-dən 30-a qədər...

26.08.2026 - 15:53Gülnar Əliyeva

Nazirliklə məmurun təsis etdiyi şirkət arasında 15 min manatlıq satınalma müqaviləsi

26.08.2026 - 15:40Gülnar Əliyeva

Bu generalımız da vəzifəli şəxsin oğlu imiş - FOTO

26.08.2026 - 14:55Gülnar Əliyeva

İlham Əhmədova AĞIR İTKİ - FOTO

26.08.2026 - 14:43Gülnar Əliyeva

Bu ərazidə qaz kəsiləcək

26.08.2026 - 14:25Gülnar Əliyeva

Qaxda 722 min manatlıq yol təmiri - Layihəni 10 manatlıq şirkət icra edəcək

26.08.2026 - 12:40Gülnar Əliyeva

ABB-nin bankomatı vətəndaşı belə çətin vəziyyətə saldı – VİDEO

26.08.2026 - 12:15Gülnar Əliyeva

Rəşad Əliyevə vəzifə verildi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 887

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 983

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 936

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 752
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.