Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8731 ▼0.0074
  • 100 RUB 2.0649 ▲0.0138
  • GBP 2.2453 ▼0.0042
  • TRY 0.0337 ▼0.0001
  • CNY 0.2548 ▼0.0001
  • GEL 0.6561
  • 100 KZT 0.3816 ▼0.0010
  • UAH 0.0375 ▲0.0001
  • AED 0.4628
Gündəm

Rusiya-Azərbaycan sərhədində yenilik – Keçid sürətlənəcək

Rusiya-Azərbaycan sərhədində yenilik – Keçid sürətlənəcək

Dağıstanın Baş naziri Maqomet Ramazanov Rusiya-Azərbaycan sərhədində yerləşən “Tahirkənd-Qazmalar” və “Yaraq-Qazmalar” buraxılış məntəqələrində aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub.

Yeniera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nazirə görülən işlərlə bağlı məlumat verilib.

Bildirilib ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin keçdiyi “Tahirkənd-Qazmalar” buraxılış məntəqəsindən gündəlik orta hesabla 230 yük maşını keçir.

İşlər başa çatdıqdan sonra buraxılış qabiliyyətinin 2360 nəqliyyat vasitəsinə, o cümlədən 1100 yük avtomobilinə çatdırılacağı gözlənilir. Hərəkət zolaqlarının sayı 8-dən 20-yə qədər artırılacaq ki, bu da sərhəd infrastrukturunun işinin səmərəliliyini əhəmiyyətli dərəcədə yüksəltməyə və dövlət sərhədindən keçmə müddətini azaltmağa imkan verəcək.

Obyektdə aparılan yenidənqurma işlərinin 2028-ci ilin IV rübündə tamamlanması planlaşdırılıb.

“Yaraq-Qazmalar” buraxılış məntəqəsində isə yük nəqliyyatının yoxlanılmasının standart müddətini 10 dəqiqəyə qədər azaltmaq üçün rəqəmsal baxış sistemlərini tətbiq edilir. Bu işlərin 2026-cı ildə başa çatdırılacağı gözlənilir.

Buraxılış məntəqələrinin modernləşdirilməsinin Rusiya və Azərbaycan arasında yük və sərnişin axınının həcmini artırmağa, dövlət sərhədinin keçilmə sürətini yüksəltməyə imkan verəcəyi bildirilir.///Qafqazinfo


Paylaş: