Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8548
  • 100 RUB 2.0745
  • GBP 2.2166
  • TRY 0.0336
  • CNY 0.2552
  • GEL 0.6555
  • 100 KZT 0.3731
  • UAH 0.0376
  • AED 0.4628
Dünya

Rusiya Tacikistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutundan çıxmaq qərarını alqışlayır

Rusiya Tacikistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutundan çıxmaq qərarını alqışlayır

Rusiya Tacikistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutundan çıxmaq qərarını alqışlayır.

YENİERA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin hüquq departamenti məlumat yayıb.

Departamentin məlumatında bildirilib ki, noyabrın 20-də BMT katibliyi Tacikistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutundan çıxmaq qərarı barədə dövlətlərə rəsmi məlumat verib.

Qeyd edilib ki, Düşənbənin bu addımı BCM-in mövcud beynəlxalq hüquq normalarını pozmaq hüququ olan “universal” orqan roluna dair iddialarına dözmək istəmirlər.

Qurumun məlumatında qeyd edilir ki, əgər Beynəlxalq Cinayət Məhkəməsi ikili standartlar tətbiq edirsə, siyasi təzyiqə güzəştə gedirsə və Qərb sponsorlarının maliyyə dəstəyindən asılıdırsa, dövlətlər niyə belə bir sistemin tərkibində qalmalıdırlar.

YENİERA.AZ

Paylaş: