Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8637 ▼0.0044
  • 100 RUB 2.0630 ▼0.0057
  • GBP 2.2325 ▼0.0111
  • TRY 0.0337
  • CNY 0.2550
  • GEL 0.6564 ▲0.0011
  • 100 KZT 0.3826 ▼0.0004
  • UAH 0.0377 ▲0.0001
  • AED 0.4628
Cəmiyyət

Sabah bu bölgələrə QAR YAĞACAQ — Hava Xəbərdarlığı

Sabah bu bölgələrə QAR YAĞACAQ — Hava Xəbərdarlığı

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə YENİERA.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mülayim cənub-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 50-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-20° isti, dağlarda 2° şaxtadan 3°-dək isti, gündüz 11-16° isti olacaq.

Paylaş: