Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8731 ▼0.0074
  • 100 RUB 2.0649 ▲0.0138
  • GBP 2.2453 ▼0.0042
  • TRY 0.0337 ▼0.0001
  • CNY 0.2548 ▼0.0001
  • GEL 0.6561
  • 100 KZT 0.3816 ▼0.0010
  • UAH 0.0375 ▲0.0001
  • AED 0.4628
Hadisə

Şəmkirdə qatar 24 yaşlı gəncin canını aldı

Şəmkirdə qatar 24 yaşlı gəncin canını aldı

Şəmkirdə ölümlə nəticələnən dəmiryol hadisəsi baş verib.

Yeniera.az-ın məlumatına görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.

Belə ki, Bakı–Tbilisi–Bakı sərnişin qatarı Bakı istiqamətində hərəkətdə olarkən kənd sakini, 2002-ci il təvəllüdlü Rahil Vəliyevi vurub.

24 yaşlı gənc aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Paylaş: