“Seysmologiya sahəsində Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2026-cı il Qrant müsabiqəsinin qalibi olmuşdur.
Layihə çərçivəsində “Zəlzələ zamanı düzgün davranış qaydaları”nın təbliği məqsədilə 22 sentyabr 2026-cı il tarixində Biləsuvar şəhər Nizami Gəncəv adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində rayonun ümumtəhsil məktəblərinin şagirdləri və əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbiri “Seysmologiya sahəsində Maarifləndirmə” İctimai Birliyinin Sədri Səmədzadə Afaq layihə haqqında iştirakçılara ümumi məlumat vermişdir. Daha sonra Babazadə Aytən “Zəlzələ zamanı düzgün davranış qaydaları” mövzusunda məruzə ilə çıxış etmişdir.
Tədbirin sonunda uşaqlarla zəlzələ zamanı düzgün davranış qaydalarına həsr olunmuş interaktiv oyun keçirilmiş, onların sualları cavablandırılmış və təlim iştirakçılarına sertifikatlar təqdim edilmişdir. Daha sonra iştirakçılara su və meyvə dəsti, eləcə də dəftərxana ləvazimatları təqdim olunmuş və xatirə şəkli çəkilərək maarifləndirmə tədbiri yekunlaşdırılmışdır.


