Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Xətai sakinləri ETİRAZ ETDİ: PROBLEM HƏLLİNİ TAPMIR
  • Baş nazir yeni QƏRAR İMZALADI
  • Hikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti – VİDEO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Sürücülər bu yola girsə 100 manat cərimə ediləcək

Sürücülər bu yola girsə 100 manat cərimə ediləcək

Cəmiyyət Gülnar Əliyeva11.09.2026 - 12:54
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Metronun “Koroğlu” stansiyasının qarşısındakı Nəqliyyat Mübadilə Mərkəzinin girişində  5.9 nişanı (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün) quraşdırılıb.

Yeniera.az xəbər verir ki, bu nişanla minik avtomobillərinin ikinci “cib”ə daxil olması, orada sərnişin mindirib-düşürməsi qadağan edilib.

Bildirilib ki, yenilik ərazidən keçən müntəzəm və ekspress marşrut xətlərinin ayrılması, hərəkətin daha keyfiyyətli təşkil edilməsi məqsədilə tətbiq olunub.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, həmin yola daxil olaraq qaydaları pozan sürücülər 100 manat + 2 bal həddində cərimə edilirlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeniliklə bağlı məlumat yayıb.

Bildirilib ki, metro xətlərinin ayrılması layihəsi ilə əlaqədar təşkil edilən M4 və M6 nömrəli ekspres avtobusların “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə rahat və maneəsiz daxil olmasını təmin etmək məqsədilə metronun şimal çıxışında – “Atletlər kəndi” istiqamətində dəyişik edilib:

“İndiyədək ərazidə mövcud olan “cib” tipli dayanacaqlardan biri müntəzəm avtobusların, digər ikisi isə minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün istifadə olunurdu.Hazırda ekspres avtobusların “Koroğlu” metrostansiyasının qarşısında rahat hərəkətinin təmin edilməsi məqsədilə 2-ci “cib” yalnız ekspres marşrutları üçün ayrılıb və həmin hissədə avtobus zolağı təşkil edilib. Ərazidə müvafiq yol nişanları quraşdırılıb, nişanlanma xətləri çəkilib.

Həyata keçirilən dəyişiklik nəticəsində vahid ərazidən istifadə edən ekspres və müntəzəm avtobusların nizamlı fəaliyyəti və sərnişin axınlarının ayrılması təmin edilib. Sərnişinlərin metro stansiyasına təhlükəsiz keçidinin təmin edilməsi məqsədilə piyada keçidi təşkil edilib”.

Bənzər Xəbərlər

11.09.2026 - 15:22Gülnar Əliyeva

Baş nazir yeni QƏRAR İMZALADI

11.09.2026 - 15:10Gülnar Əliyeva

Hikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti - VİDEO

11.09.2026 - 15:00Gülnar Əliyeva

“Kontakt Home” müştərini necə aldatdı? – TƏFƏRRÜAT

11.09.2026 - 14:42Gülnar Əliyeva

İftixar Piriyev Vəfa Novruzovadan üzr istədi

11.09.2026 - 01:59Gülnar Əliyeva

Maşınlara etibarnamə verilməsi qüvvədən düşür?

11.09.2026 - 01:58Gülnar Əliyeva

İlham Mirzəyev DANIŞDI: "Gücüm yoxdur..."

11.09.2026 - 00:58Gülnar Əliyeva

Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? – Nazirin planı bəlli oldu

10.09.2026 - 16:13Gülnar Əliyeva

Niyamdan SƏRT SÖZLƏR: "Kanatı qayınına çəkdirdin, camaatın balası öldü"- VİDEO

10.09.2026 - 16:00Gülnar Əliyeva

Azərbaycanda bu paylaşımlara görə CƏRİMƏ OLUNACAQSINIZ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 002

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 060

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 987

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 793
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.