Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı
  • Bu ərazilərdə işıq kəsiləcək
  • Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Tələbə adını qazanmağa gedən yoldan təqaüd dəstəyinədək – “OBA” təhsil yolunda əməkdaş övladlarının yanında

Tələbə adını qazanmağa gedən yoldan təqaüd dəstəyinədək - “OBA” təhsil yolunda əməkdaş övladlarının yanında

Cəmiyyət Gülnar Əliyeva15.09.2026 - 22:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bu il fəaliyyətinin 10 illiyini qeyd edən “OBA” marketlər şəbəkəsi sosial məsuliyyət yanaşmasının mühüm istiqamətlərindən biri kimi təhsilə, gənclərin inkişafına və onların gələcək imkanlarının genişləndirilməsinə dəstəyini davam etdirir. Şirkətin bu istiqamətdə fəaliyyətlərindən biri “Gələcəyini Qur!” təşkilatı ilə əməkdaşlıq çərçivəsində gənclərin ali təhsilə hazırlığına göstərilən dəstəkdir.

Veysəloğlu Şirkətlər Qrupunun təhsil istiqamətində həyata keçirdiyi sosial təşəbbüslərin davamı olaraq, Qrupa daxil olan “OBA” marketlər şəbəkəsi də “Gələcəyini Qur!” təşkilatı ilə əməkdaşlıq edir. Layihə çərçivəsində seçim mərhələsindən uğurla keçən əməkdaş övladlarının universitetə hazırlıq prosesinə dəstək göstərilir, onların ali təhsil imkanlarının genişləndirilməsinə töhfə verilir.

2024–2026-ci tədris ili üzrə ümumilikdə 9 əməkdaş övladı “Gələcəyini Qur!” proqramının imkanlarından yararlanıb. Proqram çərçivəsində dəstək alan gənclər müxtəlif universitet və ixtisaslara qəbul olaraq təhsil həyatlarının yeni mərhələsinə qədəm qoyublar.

Ənənənin davamı olaraq, bu il də universitetə qəbul olaraq tələbə adını qazanan layihə iştirakçıları və onların valideynləri ilə “OBA” rəhbərliyinin görüşü keçirilib. Görüşdə “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova, eləcə də İdarə Heyətinin üzvü, İnsan Resursları və Dəstək Xidmətləri Direktorluğunun rəhbəri Məqsud Orucov iştirak ediblər.

Natəvan İbrahimova gəncləri əldə etdikləri nəticələr münasibətilə təbrik edərək “Gələcəyini Qur!” təşəbbüsünün əhəmiyyətindən, insan kapitalının inkişafının şirkət üçün daşıdığı önəmdən danışıb. Görüş zamanı gənclərin gələcək planları, seçdikləri ixtisaslar və təhsil hədəfləri ətrafında fikir mübadiləsi aparılıb.

Tələbə adını qazanan gənclərin uğurunu təqdir etmək və yeni tədris ilində onların təhsil prosesinə dəstək olmaq məqsədilə şirkət tərəfindən tələbələrə tələbəlik yolunda ilk addımlarında onlara dəstək olmaq üçün planşetlər təqdim edilib.

“OBA”nın təhsil istiqamətində fəaliyyəti yalnız “Gələcəyini Qur!” layihəsi ilə əməkdaşlıqla məhdudlaşmır. Şirkətin uzunmüddətli təşəbbüslərindən biri olan “Tələbə təqaüdü proqramı”ndan indiyədək 154 tələbə yararlanıb. Onlardan 87 nəfər aylıq təqaüd proqramına cəlb olunub, 67 nəfərə isə birdəfəlik təhsil dəstəyi göstərilib.

Təqaüd mexanizmi tələbələrin akademik nəticələrinə uyğun olaraq formalaşdırılıb. Proqram çərçivəsində müvafiq meyarlara cavab verən tələbələrə aylıq 100 və 200 AZN, birdəfəlik dəstək alanlara isə 200 və 300 AZN məbləğində təqaüd təqdim edilir.

Proqramın əhatə dairəsi yalnız ölkədaxili ali təhsil müəssisələri ilə məhdudlaşmır. Şirkət həm Azərbaycanda, həm də xaricdə ali təhsil imkanı qazanan əməkdaş övladlarına müəyyən edilmiş meyarlar əsasında dəstək göstərir. İndiyədək proqramlardan yararlanan gənclər Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Türkiyə-Azərbaycan Universiteti, eləcə də dünyanın bir çox tanınmış ali təhsil ocaqlarında müxtəlif ixtisaslar üzrə tələbə adını qazanıblar.

Şirkətin gənclərin təhsilinə dəstəyi növbəti tədris ilində də davam etdiriləcək. Hazırda “Gələcəyini Qur!” layihəsinin 2026–2027-ci tədris ili üzrə seçim prosesi davam edir. Müvafiq seçim mərhələlərindən uğurla keçən əməkdaş övladlarının universitet hazırlığına dəstək göstərilməsi nəzərdə tutulur.

Bu il fəaliyyətinin 10 illiyini qeyd edən “OBA” marketlər şəbəkəsi ötən dövr ərzində 12 mindən çox əməkdaşı bir araya gətirən böyük komandaya çevrilib. Şirkət ölkədə məşğulluğun artırılmasına töhfə verməklə yanaşı, vergi öhdəliklərini yerinə yetirərək iqtisadi inkişafa da dəstək göstərir. İnsan kapitalına yatırım “OBA”nın davamlı inkişaf yanaşmasının əsas istiqamətlərindən biridir. Təhsilə yönəlmiş layihələr isə bu yanaşmanın uzunmüddətli sosial təsir yaratmağı hədəfləyən mühüm istiqaməti kimi davam etdirilir.Şirkət inanır ki, gənclərin təhsilinə yaradılan hər bir imkan yalnız onların akademik uğuruna deyil, gələcək peşəkar inkişafına, əməkdaş ailələrinin rifahına və bütövlükdə cəmiyyətin gələcəyinə edilən investisiyadır. “OBA” 10 illik təcrübəsi ilə bundan sonra da gənclərin potensialının üzə çıxarılmasına, təhsil imkanlarının genişləndirilməsinə və onların gələcəyini qurmasına töhfə verməyə davam edəcək.


Bənzər Xəbərlər

17.09.2026 - 00:47Gülnar Əliyeva

Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı

17.09.2026 - 00:44Gülnar Əliyeva

Bu ərazilərdə işıq kəsiləcək

17.09.2026 - 00:42Gülnar Əliyeva

Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü

17.09.2026 - 00:30Gülnar Əliyeva

Bu ərazilərdə qaz olmayacaq

17.09.2026 - 00:14Gülnar Əliyeva

Putin xalqa müraciət etdi

17.09.2026 - 00:00Gülnar Əliyeva

Əli Nağıyev Qazaxıstana səfər ETDİ

16.09.2026 - 23:58Gülnar Əliyeva

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ölən və yaralananlar var

16.09.2026 - 16:16Gülnar Əliyeva

Baləlidən "butulka" davası barədə AÇIQLAMA

16.09.2026 - 16:04Gülnar Əliyeva

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 050

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 087

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 018

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 811
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.