Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992
  • 100 RUB 2.0276
  • GBP 2.2468
  • TRY 0.0344
  • CNY 0.2539
  • GEL 0.6553
  • 100 KZT 0.3762
  • UAH 0.0377
  • AED 0.4628
Cəmiyyət

Temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu 5-8 dərəcə enəcək.

Yeniera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 20-dən 21-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında intensiv yağışın bir qədər güclənəcəyi istisna olunmur. 20-si gündüz saatlarında yağıntıda fasilə olacaq.

Azərbaycanın rayonlarında aprelin 20-21-də hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Paylaş: