Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycanda bu deputatın mandatı LƏĞV EDİLDİ
  • “Yüksəliş”in qalibinə yeni vəzifə verldi
  • Nazir məşhur notariusu cərimələdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Media»6 il əvvəl bir fikir idi, bu gün isə böyük bir yolun adıdır — Doğru.az!

6 il əvvəl bir fikir idi, bu gün isə böyük bir yolun adıdır — Doğru.az!

Media Gülnar Əliyeva01.10.2026 - 15:12
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Düz 6 il bundan əvvəl, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladı. Açığı, həmin vaxt Doğru.az saytını yaratmaq fikrim var idi. Amma nə vaxt və necə başlayacağım bəlli deyildi. Müharibənin başladığı ilk günlər isə bu qərarı daha da sürətləndirdi. Sentyabrın 30-da Doğru.az fəaliyyətə başladı.

Müharibəni diqqətlə izləyir, cəbhədən gələn xəbərləri operativ şəkildə yayımlayırdıq. Gəncədən, Tərtərdən, Goranboydan və digər bölgələrdən gələn son məlumatları izləyərək xalqımıza çatdırırdıq. Cəbrayılın kəndlərinin azad olunması ilə bağlı qələbə xəbərlərini yayımlayanda yaşadığımız sevinc sözlə ifadə olunmazdı. 8 noyabr 2020-ci ildə isə Azərbaycan xalqının illərlə gözlədiyi böyük xəbəri — Şuşanın azad olunmasını yayımladıq. Bu, “Doğru.az“-ın tarixində də ən yaddaqalan günlərdən biri oldu.

Həmin günlərdə bizim əsas məqsədimiz bu idi: düzgün informasiyanı operativ şəkildə xalqa çatdırmaq. Çətin günlərdə özümüz- özümüzə dayaq olduq, imkanlarımız daxilində gecə-gündüz çalışdıq. Ardınca həmin ilin noyabrın 24-də Doğru.az MMC olaraq fəaliyyətimizi davam etdirdik.

2021-ci ildə ölkəmizdə media sahəsinin inkişafı istiqamətində mühüm addımlar atıldı və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradıldı. Doğru.az olaraq 1 iyun 2023-cü ildə MEDİA tərəfindən qeydiyyata alındıq. 28 may 2025-ci ildə isə Azərbaycan Mətbuat Şurasınının üzvlüyünə qəbul edildik.

Bütün bunlar bizim üçün sadəcə tarix deyil. Hər bir uğur illər ərzində gördüyümüz işin, çəkdiyimiz zəhmətin mərhələsi olub. Uğurun üstünə uğur gətirməyə çalışırıq.

Bu gün Doğru.az olaraq 5 nəfərlik komandayıq:
1. İlqam Cəbiyev — Direktor

2. Əfsanə Rəcəbova — Baş redaktor

3. İlahə Əliyeva — Müxbir

4. Şəha Qardaşova — Müxbir

5. Məlahət Rzayeva — Müxbir

Bu günə qədər gəldiyimiz yolu öz gücümüz, zəhmətimiz və əzmimiz hesabına addım-addım qurmuşuq. Qarşıda isə daha böyük hədəflərimiz var. Media sahəsinin inkişafına göstərilən dövlət dəstəyi və diqqət bizim üçün də mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin media sahəsinə diqqəti və ölkəmizdə müasir media mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən siyasət bu sahədə çalışan media qurumları üçün mühüm imkanlar yaradıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın ölkənin ictimai-mədəni həyatına, informasiya və kommunikasiya mühitinə verdiyi töhfələri də xüsusi qeyd etmək istəyirik.

Prezidentin köməkçisi, Xarici siyasət məsələləri üzrə şöbənin rəhbəri Hikmət Hacıyevin media ilə əlaqələrdə açıq kommunikasiya və operativ məlumatlandırma istiqamətində fəaliyyətini də yüksək qiymətləndiririk.

Eyni zamanda, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə media sahəsində aparılan institusional işlər və müasir media mühitinin formalaşdırılması istiqamətində görülən tədbirlər bizim üçün də əhəmiyyətlidir.

Biz bu yolun hələ başlanğıcındayıq.
6 il əvvəl bir sayt açdıq. Bu gün isə arxasında böyük zəhmət, xatirələr, dostluqlar, gecə-gündüz davam edən iş və gələcəyə dair böyük planlar olan bir media platformamız var.

Biz doğum günümüzü böyük təmtəraqla keçirmirik. 30 sentyabr bizim üçün sadəcə tort, şam və tədbir günü deyil. Bu tarix bizim başladığımız yolun tarixidir.

Bu gün “Doğru.az“-ın 6 yaşı tamam olur. Bu 6 ildə yanımızda olan hər bir həmkarımıza, fotoqrafa, oxucumuza və bizə etimad göstərən hər kəsə təşəkkür edirik.

Qarşıda daha böyük məqsədlər var.
Addım-addım, öz gücümüzə, öz zəhmətimizə və öz prinsiplərimizə sadiq qalaraq irəliləyirik.

6 yaşın mübarək, Doğru.az!

Bənzər Xəbərlər

01.10.2026 - 17:40Gülnar Əliyeva

Azərbaycanda bu deputatın mandatı LƏĞV EDİLDİ

01.10.2026 - 17:28Gülnar Əliyeva

"Yüksəliş"in qalibinə yeni vəzifə verldi

01.10.2026 - 17:05Gülnar Əliyeva

Nazir məşhur notariusu cərimələdi

01.10.2026 - 16:50Gülnar Əliyeva

AZAL-dan möhtəşəm yenilik: sərnişinlərə şad xəbər

01.10.2026 - 13:20Gülnar Əliyeva

Zəngilanda ilk Texnika Festivalı keçirilib - FOTOLAR

01.10.2026 - 13:04Gülnar Əliyeva

“Prior Leasing” şirkətinin dövlət qarşısında vergi borcu 230 min manata yaxınlaşıb

01.10.2026 - 12:46Gülnar Əliyeva

Şadlıq sarayı kütləvi zəhərlənməyə görə məsuliyyəti üzərindən atdı

01.10.2026 - 12:33Gülnar Əliyeva

Bu tarixlərdə ehtiyatlı olun – VACİB XƏBƏRDARLIQ

01.10.2026 - 12:20Gülnar Əliyeva

Azərbaycanda ağır yol qəzası - Ölənlər var

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 228

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 209

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 117

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 865
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.