Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Regionda hava soyuyur: ilk qar yağacaq – TARİX
  • DSX-nin tanınmış generalı vəfat etdi – FOTO
  • Bu 4 bürcə ŞAD XƏBƏR – Sentyabrın ikinci yarısından…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Tramp Prezident İlham Əliyevin Şuşa Forumunda çıxışı əsasında hazırlanmış materialı paylaşıb

Tramp Prezident İlham Əliyevin Şuşa Forumunda çıxışı əsasında hazırlanmış materialı paylaşıb

Siyasət Gülnar Əliyeva16.07.2026 - 11:38
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərin yer aldığı, “Breitbart News” nəşrində dərc olunmuş məqaləni özünün “Truth Social” sosial şəbəkəsində paylaşıb.

APA xəbər verir ki, Trampın rəsmi “Truth Social” hesabında paylaşdığı material “Breitbart News”un müxbiri Coşua Kleyn tərəfindən hazırlanıb.

“Breitbart News”un məqaləsində IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı dövlət başçısının rəsmi sosial media hesablarından yayılıb.

Prezident İlham Əliyev: Tramp sülhü imkan kimi görür

“Prezident İlham Əliyev Trampı “sülh adamı” adlandırıb və Ermənistan-Azərbaycan razılaşmasına görə ona minnətdarlığını bildirib” başlıqlı məqalədə Prezident İlham Əliyevin “Breitbart News”un sualını cavablandırarkən ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh prosesində oynadığı rola xüsusi qiymət verməsi ön plana çıxarılır.

Prezident bildirib ki, əvvəlki ABŞ administrasiyaları təxminən otuz il ərzində münaqişəni həll etmək əvəzinə onun dondurulmuş vəziyyətdə saxlanmasına üstünlük veriblər.

“Donald Tramp sülhü sevən insandır. O, sülhə imkan kimi baxır”, – Prezident İlham Əliyev bildirib.

Onun sözlərinə görə, Tramp administrasiyası Azərbaycanın narahatlıqlarını düzgün anlayıb, Ermənistan rəhbərliyini sülhün hər iki dövlət üçün faydalı olduğuna inandırmağa çalışıb və nəticədə “sülhü mümkün edən bir çərçivə yaradıb”.

Ağ Ev sammiti həlledici mərhələ olub

Prezident İlham Əliyev ötən ilin avqustunda Ağ Evdə keçirilən tarixi görüşü də xatırladıb.

Həmin sammitdə ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib. Liderlər Birgə Bəyannamə imzalayıb, xarici işlər nazirləri isə sülh sazişini paraflayıblar.

Bununla yanaşı, razılaşmanın icrası üçün ABŞ və Azərbaycanın birgə işçi qrupu yaradılıb.

Prezident İlham Əliyevin sözlərinə görə, məhz bu mexanizm Vaşinqtonun razılaşmanın həyata keçirilməsinə ciddi yanaşdığını göstərib.

“Amerikalılar ilk dəfə sözlərinə belə dəqiq əməl etdilər”

Prezident İlham Əliyev Tramp administrasiyasının razılaşmaların icrasında nümayiş etdirdiyi yanaşmanı da xüsusi vurğulayıb:

“Mənim təcrübəmdə ilk dəfə idi ki, Amerika rəsmiləri verdikləri sözə bu qədər dəqiq əməl edirdilər”.

Dövlət başçısının sözlərinə görə, məhz bunun nəticəsində Azərbaycan və ABŞ arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyub.

Strateji tərəfdaşlıq yeni səviyyəyə yüksəlib

Prezident İlham Əliyev bildirib ki, sülh razılaşmasının uğurlu icrası daha sonra Vaşinqton və Bakı arasında Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanmasına yol açıb.

Prezident münasibətlərin hazırkı vəziyyətini belə qiymətləndirib: “Bu, heyrətamizdir. Bu, inanılmazdır. Bu, yalnız arzulaya biləcəyimiz bir şey idi”.

O diqqətə çatdırıb ki, ABŞ-Azərbaycan münasibətləri tarixdə görünməmiş səviyyəyə yüksəlib.

Əvvəlki administrasiyalara tənqid

Prezident İlham Əliyev çıxışında əvvəlki ABŞ administrasiyalarının siyasətini də tənqid edib.

Dövlət başçısı bildirib ki, həmin administrasiyalar münaqişənin həllinə deyil, status-kvonun qorunmasına üstünlük verirdilər.

Prezident İlham Əliyev Əliyev qeyd edib ki, Co Bayden hələ senator olduğu dövrdə Azərbaycana qarşı sanksiyaları dəstəkləmişdi və bu yanaşma uzun illər Vaşinqton-Bakı münasibətlərinə mənfi təsir göstərmişdi.

Onun fikrincə isə Donald Tramp dövründə münasibətlər “pik həddə” və “görünməmiş səviyyəyə” çatıb.

Uitkoff və Laytstouna təşəkkür

Prezident İlham Əliyev çıxışının sonunda ABŞ Prezidenti Donald Trampa və onun komandasına minnətdarlığını bildirib.

O, xüsusilə ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Ari Laytstounun Azərbaycan-Ermənistan sülh prosesində mühüm rol oynadıqlarını vurğulayıb.

Trampın bu materialı şəxsi “Truth Social” hesabında paylaşması Ağ Evin Cənubi Qafqaz siyasətinə və Azərbaycanla strateji tərəfdaşlığa verdiyi önəmin növbəti göstəricisi kimi qiymətləndirilir.

Bənzər Xəbərlər

18.09.2026 - 10:25Gülnar Əliyeva

DTX əməliyyat keçirdi - Xeyli sayda saxlanılan var

17.09.2026 - 22:10Gülnar Əliyeva

DTX rəisindən ÖNƏMLİ AÇIQLAMA: "Ciddi təhdiddir..."

17.09.2026 - 17:20Gülnar Əliyeva

Prezidentin təltif etdiyi Famil Qasımov KİMDİR? - DOSYE

17.09.2026 - 17:05Gülnar Əliyeva

DSK-lar yenidən formalaşdırılır - Yenilənib

17.09.2026 - 16:16Gülnar Əliyeva

Prezident SƏRƏNCAM İMZALADI

17.09.2026 - 16:07Gülnar Əliyeva

Prezident bu ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - Fotolar - Yenilənib

17.09.2026 - 14:41Gülnar Əliyeva

Prezident Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak edib

17.09.2026 - 14:31Gülnar Əliyeva

İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub

17.09.2026 - 14:13Gülnar Əliyeva

Prezident Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışını edib

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 056

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 094

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 022

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 815
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.