Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Məşhur qapıçı Koxalskini tənqid etdi – “Qarabağ”dan ayrıldığına görə
  • “Seysmologiya sahəsində Maarifləndirmə” İB-nin layihəsi çərçivəsində Biləsuvarda təlim təşkil olunub
  • Türkiyə dünyanın ən böyük kosmik tədbirlərindən birinə ev sahibliyi edəcək – FOTOLAR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Türkiyə dünyanın ən böyük kosmik tədbirlərindən birinə ev sahibliyi edəcək – FOTOLAR

Türkiyə dünyanın ən böyük kosmik tədbirlərindən birinə ev sahibliyi edəcək - FOTOLAR

Dünya Gülnar Əliyeva25.09.2026 - 17:09
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Türkiyə 2026-cı ildə bir sıra nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edib. Tədbirlər davam edir. Bu tədbirlər arasında 77-ci Beynəlxalq Astronavtika Konqresi (IAC 2026) və COP31 İqlim Konfransı da yer alır.

Dünyanın aparıcı turizm mərkəzlərindən biri olan Antalya 2026-cı ildə beynəlxalq dialoq və əməkdaşlığın əsas ünvanlarından birinə çevriləcək. Türkiyə Rivyerasının ən məşhur şəhərlərindən olan Antalya milyonlarla xarici turist qəbul etməklə yanaşı, iri beynəlxalq tədbirlərin keçirilməsi üçün zəruri infrastruktur, yerləşmə imkanları və təşkilati təcrübəyə malikdir.

5-9 oktyabr tarixlərində Antalyanın Belek bölgəsində keçiriləcək 77-ci Beynəlxalq Astronavtika Konqresi dünyanın kosmik ictimaiyyətini ilk dəfə Türkiyədə bir araya gətirəcək.

Beynəlxalq Astronavtika Federasiyasının (IAF) təşkil etdiyi IAC dünyanın ən böyük və nüfuzlu kosmik tədbirlərindən biri hesab olunur. Konqresdə müxtəlif ölkələrin kosmik agentliklərinin nümayəndələri, astronavtlar, alimlər, mühəndislər, texnologiya şirkətləri və sənaye mütəxəssisləri iştirak edəcək.

Tədbir çərçivəsində kosmos sahəsində əldə olunan son nailiyyətlər müzakirə ediləcək, yeni texnologiyalar təqdim olunacaq, akademik və texniki sessiyalar, şirkət təqdimatları, beynəlxalq sərgilər və yüksək səviyyəli görüşlər keçiriləcək.

10 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi IAC 2026 kosmik sahədə aparılan tədqiqatların, yeni məhsul və texnologiyaların təqdimatı, eləcə də beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma olacaq.

IAC 2026 Türkiyə Kosmik Agentliyinin (TUA) ev sahibliyi, Türkiyə Sənaye və Texnologiya Nazirliyinin koordinasiyası və SAHA İstanbul Aerokosmik Klasterinin həmtəşkilatçılığı ilə keçiriləcək.

Konqres Antalyanın əsas konqres məkanlarından biri olan NEST Konqres Mərkəzində təşkil olunacaq. Tədbir müxtəlif ölkələrdən nümayəndələri bir araya gətirməklə yanaşı, kosmik sənayedə əməkdaşlığın və yeni tərəfdaşlıqların inkişafı üçün platforma rolunu oynayacaq.

Konqresdə akademik sessiyalar və bilik mübadiləsi proqramları ilə yanaşı, geniş ictimaiyyət üçün də müxtəlif tədbirlər nəzərdə tutulur. Astronavtların tələbələr və gənc mütəxəssislərlə görüşləri də proqramın əsas hissələrindən biri olacaq.

İştirakçılar kosmosa uçuş təcrübəsi olan astronavtlarla birbaşa ünsiyyət qurmaq və onların təcrübələrini dinləmək imkanı əldə edəcəklər.

Konqresin diqqətçəkən tədbirlərindən biri isə IAC 2026-nın Qala mərasimi və ziyafəti olacaq. Tədbirin Antalyanın tarixi məkanlarından biri olan qədim Aspendos teatrında keçirilməsi nəzərdə tutulur.

IAC 2026 “Dünyaya daha çox kosmos lazımdır” şüarı ilə keçiriləcək.

Bu şüar kosmosun davamlı və ədalətli şəkildə tədqiqinə, onun təhlükəsiz və bütün ölkələr üçün əlçatan olmasına diqqət çəkir. Konqres çərçivəsində kosmosun təhlükəsizliyi, kosmik tədqiqatlar və Yer kürəsindən kənarda həyata keçirilən fəaliyyətlərin etik aspektləri ilə bağlı müzakirələr aparılacaq.

Tədbirdə, həmçinin gələcək nəsillər üçün kosmosun dinc, təhlükəsiz və əməkdaşlığa açıq mühit kimi qorunmasının yolları müzakirə olunacaq.

Konqresin rəsmi maskotu Antalyanın firuzəyi rəngli sahillərinə istinadla “Turkuaz” adlandırılan caretta-caretta dəniz tısbağasıdır.

Aralıq dənizinin ən tanınan canlılarından olan caretta-carettalar Antalyanın bir sıra sahillərində, o cümlədən IAC 2026-nın keçiriləcəyi Belekdə yuva qururlar.

“Turkuaz” obrazı Antalyanın firuzəyi sahillərindən kosmosa uzanan səyahəti simvolizə edir. Minlərlə kilometr məsafə qət etdikdən sonra yumurtadan çıxdıqları sahillərə qayıdan caretta-carettaların həyat dövrü də bəşəriyyətin kosmosun öyrənilməsi istiqamətindəki axtarışları ilə əlaqələndirilir.

Maskot eyni zamanda kosmosun tədqiqi zamanı Yer kürəsinin qorunmasının vacibliyinə diqqət çəkən simvol kimi təqdim olunur.

Türkiyə Rivyerasının sahilində yerləşən Antalya təbii gözəllikləri, qədim şəhərləri, zəngin mətbəxi və müxtəlif turizm imkanları ilə yanaşı, beynəlxalq tədbirlər üçün əlverişli infrastruktura da malikdir.

Şəhərin ətrafında astronomiya, aerokosmik mühəndislik və digər elmi istiqamətlər üzrə fəaliyyət göstərən universitet və tədqiqat mərkəzləri də mövcuddur.

Antalyanın hava, avtomobil və dəniz nəqliyyatı vasitəsilə əlçatanlığı, geniş otel şəbəkəsi və konqres infrastrukturu şəhəri iri beynəlxalq tədbirlər üçün əlverişli məkana çevirir. Şəhərdə ümumilikdə 175 mindən çox nəfər üçün yerləşmə imkanının olduğu bildirilir.

Bu imkanlar IAC 2026 iştirakçılarına yalnız konqres proqramında iştirak etmək deyil, həmçinin Antalya və ətraf bölgələrin tarixi, mədəni və turizm imkanları ilə tanış olmaq şəraiti yaradacaq.

IAC 2026-nın keçirilməsi Türkiyənin Milli Kosmik Proqramı çərçivəsində qarşıya qoyulan məqsədlərin beynəlxalq səviyyədə tanıdılması ilə yanaşı, ölkənin qlobal kosmik sənaye və elmi əməkdaşlıq platformalarında iştirakını genişləndirmək baxımından da əhəmiyyət daşıyır.

Bənzər Xəbərlər

25.09.2026 - 17:22Gülnar Əliyeva

Məşhur qapıçı Koxalskini tənqid etdi - “Qarabağ”dan ayrıldığına görə

25.09.2026 - 17:15Gülnar Əliyeva

“Seysmologiya sahəsində Maarifləndirmə” İB-nin layihəsi çərçivəsində Biləsuvarda təlim təşkil olunub

25.09.2026 - 17:04Gülnar Əliyeva

Yeni təhsil nazir Ovni Muradov KİMDİR... - DOSYE

25.09.2026 - 16:50Gülnar Əliyeva

General-leytenant rütbəsi verilən şəxs bu deputatın qardaşıdır

25.09.2026 - 16:38Gülnar Əliyeva

Mətbuat Şurası qurultaya gedir

25.09.2026 - 16:33Gülnar Əliyeva

Zəfərə Aparan Yolun Başlanğıcı: 27 Sentyabr Anım Günü

25.09.2026 - 15:00Gülnar Əliyeva

Ramiz Mehdiyevin kürəkəni və sabiq icra başçısının şərik olduğu obyektlər satışa çıxarılıb - SİYAHI

25.09.2026 - 14:38Gülnar Əliyeva

Bu şəxslərin pensiyası ilə bağlı YENİ QAYDA TƏTBİQ OLUNACAQ

25.09.2026 - 13:20Gülnar Əliyeva

Prezidentdən döyüş bayrağı alan polkovnikə VƏZİFƏ VERİLDİ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 102

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 126

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 043

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 830
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.