Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9037 ▼0.0111
  • 100 RUB 2.0840 ▲0.0058
  • GBP 2.2834 ▼0.0101
  • TRY 0.0339 ▼0.0001
  • CNY 0.2549
  • GEL 0.6561 ▲0.0007
  • 100 KZT 0.3768 ▲0.0011
  • UAH 0.0375 ▲0.0002
  • AED 0.4628
Hadisə

Türkiyədə 8 nəfərin qətlə yetirildiyi dəhşətli cinayətin – Təfərrüatı

Türkiyədə 8 nəfərin qətlə yetirildiyi dəhşətli cinayətin – Təfərrüatı

Türkiyənin Afyonkarahisar vilayətində noyabrın 5-də səkkiz nəfərin öldürüldüyü cinayət hadisəsinin təfərrüatı məlum olub.

Yeniera.az “CNN Türk” nəşrinə istinadən xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinərək saxlanılan 30 yaşlı Arif Sefa Özdemir dindirilmə zamanı törətdiyi hadisənin borcla bağlı mübahisə səbəbindən baş verdiyini açıqlayıb.

Özdəmir bildirib ki, 2025-ci ildə Əhməd Üzel adlı şəxsdən 40 min avroya taxılbiçən kombayn alıb. O, kombaynla işləməyə başlayıb, lakin bir müddət sonra kombayn qəflətən alışaraq tamamilə yanıb. Ötən həftə Üzel Özdəmirdən borcun qalan hissəsini – 11 min avronu ödəməsini istəyib. Özdəmir isə borcunun 4 min avro olduğunu və qısa müddət ərzində ödəniş edəcəyini söyləyib. Tərəflər arasında borc məbləği mövzusunda anlaşmazlıq yaranıb. Mübahisə böyüyüb, tərəflər telefonda bir-birinin ünvanına söyüş və təhdidlər səsləndiriblər.

“İddialara görə, Özdəmir hadisə günü ödəniş etmək üçün Əhməd Üzeli Afyonkarahisara dəvət edib. Üzel daha iki tanışı ilə birlikdə Özdəmirlə görüşmək üçün Ayazini kəndinə gəlib. Tərəflər arasında yaranan mübahisə nəticəsində Özdəmir özü ilə gətirdiyi ov tüfəngi ilə onları qətlə yetirib”, – nəşr yazır.

Digər qurbanlar isə şübhəlinin qarşısına çıxan təsadüfi insanlar olublar. Belə ki, hadisə yerindən uzaqlaşmağa çalışan Özdəmir yolda qarşısına çıxan avtomobilləri qaçırmaq üçün onların içində olan şəxslərə atəş açıb. Nəticədə Ayazini və Kıyır kəndlərində iki ayrı avtomobildə 5 nəfərin meyiti aşkarlanıb.

Paylaş: