Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İraqda ara QARIŞDI: Baş nazirə 48 saat VAXT VERİLDİ
  • Müflis olmayacaq BÜRCLƏR
  • Litva müharibəyə hazırlaşır: 100 min nəfərlik səfərbərlik ehtiyatı…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Türkiyədə Azərbaycana qarşı informasiya hücumu – Milli Məclisin komissiyası bəyanat yaydı

Türkiyədə Azərbaycana qarşı informasiya hücumu - Milli Məclisin komissiyası bəyanat yaydı

Siyasət Gülnar Əliyeva26.09.2026 - 13:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasını öz səlahiyyətləri çərçivəsində araşdırıb.

Yeniera.az xəbər verir ki, bu barədə komissiyanın məlumatında bildirilib.

Qeyd olunub ki, monitorinqlər nəticəsində müəyyən edilib ki, bəlli mərkəzlər tərəfindən başladılan bu kampaniyanın məqsədi Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf almaqla yanaşı, ictimai rəyi çaşdırmağa, vətəndaşlarımızda dövlətimizə və onun institutlarına qarşı inamsızlıq, habelə cəmiyyətdə qütbləşmə yaratmağa hesablanıb:

“Kampaniya əlaqələndirilmiş formada, hədəfli reklamlar, real və saxta sosial media hesabları vasitəsilə aparılır. Təəssüf hissi ilə qeyd etməliyik ki, “bir millət, iki dövlət” prinsipinə daim sadiq qalan Azərbaycan və Türkiyə cəmiyyətlərində bir sıra saf niyyətli insanlar da bu məkrli kampaniyaya dəstək verirlər. Eyni zamanda, Türkiyə Respublikasının qanunvericiliyinə əsasən bu cür fəaliyyətlərin hüquqi məsuliyyət yaratmasına baxmayaraq, kampaniya hələ də davam edir.

O da qeyd olunmalıdır ki, əlaqələndirilmiş informasiya kampaniyasının iştirakçıları ilə bağlı Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına məlumatlar təqdim ediləcək”.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya bu cür həssas dönəmdə vətəndaşlarımızı və Türkiyədəki qardaşlarımızı diqqətli olmağa, saxta informasiyalara inanmamağa çağırır.

Bənzər Xəbərlər

26.09.2026 - 20:00Gülnar Əliyeva

Prezidentin sosial media hesablarında Formula 1-lə bağlı paylaşım edilib - Video

26.09.2026 - 19:08Gülnar Əliyeva

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

26.09.2026 - 17:20Gülnar Əliyeva

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib - Video+Fotolar+Yenilənib

26.09.2026 - 16:50Gülnar Əliyeva

Prezident Aleksandr Oşpelti qəbul etdi - Fotolar

26.09.2026 - 16:20Gülnar Əliyeva

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü - Fotolar

26.09.2026 - 15:55Gülnar Əliyeva

Prezident və xanımı Formula 1-i izlədilər - Yenilənib

26.09.2026 - 13:50Gülnar Əliyeva

Prezidentin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakından - Görüntülər

26.09.2026 - 11:30Gülnar Əliyeva

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar

26.09.2026 - 11:03Gülnar Əliyeva

“İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək”

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 128

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 135

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 054

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 835
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.