Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Şahin Qasımov vəfat etdi
  • “Majestic Shamakhi”də rezervasiya qalmaqalı: Dövlət qurumundan açıqlama
  • Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı

Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı

Cəmiyyət Gülnar Əliyeva07.09.2026 - 17:41
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Uçan avtomobillərlə bağlı çoxlu layihələr görmüşük. Amma “Jetson One” praktikliyi ilə digərlərindən fərqlənir.

Yeniera.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu türkiyəli bloger Uğur Önver deyib.

Onun sözlərinə görə, polşalı sahibkar Tomas Patan tərəfindən hazırlanmış “Jetson One” 2021-ci ildə təqdim edilib:

“Layihənin əsas məqsədi şəhər nəqliyyatından yayınaraq fərdi uçuş imkanını daha əlçatan etməkdir.

Qiyməti 128 min dollar olan bu hava aparatı xüsusi pilotluq lisenziyası olmadan istifadə üçün nəzərdə tutulub. Səkkiz elektrik mühərriki və pərlə çalışan “Jetson One” cəmi 3 saniyə ərzində havaya qalxa bilir.

Formula-1 avtomobillərinin dizaynından ilhamlanan konstruksiya pilotu qoruyan xüsusi gövdə ilə təchiz edilib. İstehsalçının təqdim etdiyi məlumata görə, aparat hətta çevrilmə və qəza zamanı pilotun təhlükəsizliyini təmin etmək üçün hazırlanıb.

“Jetson One” saatda 100 kilometrə qədər sürət yığa bilir. İdarəetmə sistemi də olduqca sadədir: kabində iki costik yerləşir. Onlardan biri sürəti, digəri isə istiqaməti idarə edir.

Tam doldurulmuş batareya ilə təxminən 20 dəqiqə fasiləsiz uça bilir”.

Bloger qeyd edib ki, təhlükəsizlik üçün aparatda paraşüt sistemi də mövcuddur:

“Pərlərin işində problem yarandığı və ya fövqəladə vəziyyət baş verdiyi halda paraşütün təxminən 3 saniyə ərzində tam açılaraq təhlükəsiz enişə imkan verdiyi bildirilir.

“Jetson One”ın ilk prototipləri 2021-ci ildə hazırlanıb. Dörd il davam edən sınaqlardan sonra aparat satışa çıxarılıb.

Lakin burada maraqlı məqam var: “Jetson One”a tələbat o qədər böyükdür ki, 2026-cı il üçün nəzərdə tutulan bütün satışlar artıq tükənib.

Hazırda sifariş vermək istəyənlər 8 min dollar ilkin ödəniş etməklə istehsal növbəsində yerini rezerv edə bilər. Lakin yeni sifarişlərin çatdırılması yalnız 2027 və ya 2028-ci illərdə mümkün olacaq”.

Bənzər Xəbərlər

07.09.2026 - 18:26Gülnar Əliyeva

Şahin Qasımov vəfat etdi

07.09.2026 - 17:45Gülnar Əliyeva

"Majestic Shamakhi"də rezervasiya qalmaqalı: Dövlət qurumundan açıqlama

07.09.2026 - 17:36Gülnar Əliyeva

Bakıda bu sənədsiz evlər söküldü - FOTO

07.09.2026 - 16:59Gülnar Əliyeva

Anar Məmmədliyə HÖKM OXUNDU

07.09.2026 - 16:52Gülnar Əliyeva

Əhməd Məmmədzadə azadlığa buraxıldı

07.09.2026 - 15:44Gülnar Əliyeva

Ceyhun Nəsibov bu mərkəzə direktor təyin olundu - FOTO

07.09.2026 - 15:41Gülnar Əliyeva

İlham Mirzəyevin vəziyyəti ağırdır

07.09.2026 - 14:45Gülnar Əliyeva

Zəng etməzdən əvvəl bir daha DÜŞÜNÜN: CƏRİMƏ OLUNACAQSINIZ

07.09.2026 - 13:12Gülnar Əliyeva

Sentyabrda 8 gün iş olmayacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 971

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 036

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 974

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 780
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.