Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053 ▼0.0040
  • 100 RUB 1.9948 ▼0.0050
  • GBP 2.2514 ▼0.0002
  • TRY 0.0345
  • CNY 0.2540 ▲0.0002
  • GEL 0.6557 ▲0.0014
  • 100 KZT 0.3751 ▼0.0023
  • UAH 0.0379 ▲0.0001
  • AED 0.4628
Dünya

Ukrayna Rusiyanın neft emalı zavoduna zərbə endirib

Ukrayna Rusiyanın neft emalı zavoduna zərbə endirib

Ukraynanın Təhlükəsizlik Xidmətinin “A” Mərkəzi Xüsusi Əməliyyatlar Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) 1 400 km məsafədə Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində yerləşən “Orsknefteorgsintez” neft emalı zavoduna zərbə endiriblər.

Yeniera.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindəki bir mənbə “İnterfax-Ukrayna” agentliyinə məlumat verib.

Məlumata görə, zavodda təxliyə elan olunub. Orskın yerli hökuməti sakinləri sakit qalmağa çağırıb.

Ukraynanın Təhlükəsizlik Xidmətindən vurğulanıb ki, Rusiyanın neft-qaz infrastrukturuna zərbələr bu ölkənin iqtisadiyyatını zəiflətməyə yönəlib:

“Artıq Rusiya neft emalı zavodlarının təxminən 40 %-i fəaliyyət göstərmir və biz bu göstəricinin artırılması üzərində çalışacağıq”.

Paylaş: