Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu mərkəzə direktor təyin edildi
  • Rose Baku-da fərqli zövqlərə uyğun gül buketləri hazırlanır
  • Bakıda 5-ci Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Vüsal Şilderin qətli 1000 manata icra olunub?

Vüsal Şilderin qətli 1000 manata icra olunub?

Hadisə Gülnar Əliyeva28.09.2026 - 16:38
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Mercedes-Benz” şirkətinin Azərbaycan təmsilçisinin oğlu, Almaniya vətəndaşı Vüsal Şilderin 13 il əvvəl Bakıda qətlə yetirilməsi ilə bağlı açılan cinayət işində təqsirləndirilən Xəyal Əli-Zadənin məhkəmə baxışı keçirilib.

Yeniera.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənə ittiham aktını elan edib.

Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb – FOTO – VİDEO

İttihamda bildirilir ki, təqsirləndirilən Xəyal Əli-Zadə tanışı Seymur Talıbova Vüsal Şilderin cəzalandırılması müqabilində 10 min manat vəd edərək onun yaxın dostunun bacısına sataşdığını deyib.

Bundan sonra Vüsal Şilderlə bağlı məlumatlar Seymur Talıbova verildikdən sonra, o da bu işi tanıdığı Elman İskəndərova həvalə edib.

Elman İskəndərov Vüsal Şilderin hərəkət marşrutunu müəyyən etdikdən sonra ona qarşı verilən sifarişi yerinə yetirməyə dəfələrlə cəhd etsə də, buna şərait olmadığından cinayət baş tutmayıb.

Sonuncu dəfə Elman İskəndərov Vüsal Şilderi təhsil aldığı Qərb Universitetindən dərsdən çıxdıqdan sonra izləyərək Nərimanov rayonu ərazisində Əhməd Rəcəbli küçəsində arxadan ona yaxınlaşaraq qəfil boynundan bıçaqla zərbə endirir. Vüsal bu zərbədən sonra Elmana tərəf çevrildikdə o, daha bir zərbəni Şilderin sinəsindən endirir. Vüsal Şilder aldığı xəsarətlərdən dünyasını dəyişib.

Elman İskəndərov bundan sonra hadisə zamanı istifadə etdiyi bıçağı kanalizasiya lükünə atıb.

Seymur Talıbov bu işə görə Xəyal Əli-Zadədən aldığı 10 min manatdan 1000 manatı Elman İskəndərova verib.

Xəyal Əli-Zadə ittihamla özünü təqsirli bilməyib. O, hazırkı mərhələdə prosesdə ifadə verməkdən imtina edib.

Növbəti proses oktyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi 2 may 2013-cü il ildə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Almaniya vətəndaşı, “Mercedes-Benz” şirkətinin Azərbaycandakı təmsilçisinin oğlu Vüsal Şilder aldığı bıçaq xəsarəti ilə əlaqədar xəstəxanaya aparılarkən yolda ölüb. Əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıblar. Məhkəmənin qərarı ilə Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə isə V.Şilderin ölümündən əvvəl ona planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən sabiq polis mayoru İlham Məmmədov 6 il 6 ay, Qurban Novruzov 6 il 6 ay, türkiyəli iş adamı Yaşar Sunar 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər, Kənan Babayevə isə 4 il şərti cəza təyin edilib.

Qətlin təşkilatçısı və sifarişçisi Xəyal Əli-Zadə hadisədən sonra beynəlxalq axtarışa verilib. Onun yeri illər sonra Birləşmiş Ərəb Əmirliklərində müəyyənləşdirilib. 2026-cı il aprelin 10-da onun Azərbaycana ekstradisiyası həyata keçirilib.

Bənzər Xəbərlər

28.09.2026 - 18:20Gülnar Əliyeva

Bu mərkəzə direktor təyin edildi

28.09.2026 - 18:10Gülnar Əliyeva

Rose Baku-da fərqli zövqlərə uyğun gül buketləri hazırlanır

28.09.2026 - 18:05Gülnar Əliyeva

Ərdoğanın müavini istefa verdi

28.09.2026 - 18:00Gülnar Əliyeva

İcbari tibbi sığorta üzrə göndərişlər: Dövlət və özəl sektor həll yollarını müzakirə edir - FOTOLAR

28.09.2026 - 17:50Gülnar Əliyeva

Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı

28.09.2026 - 17:40Gülnar Əliyeva

İcra başçısı məmuru qəbiristanlıqda danladı: “Camaatın ağzından vurmayın” - VİDEO

28.09.2026 - 17:38Gülnar Əliyeva

Vəzifəli şəxsləri şantaj edən baş redaktora hökm oxundu

28.09.2026 - 17:25Gülnar Əliyeva

Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? - İcra Hakimiyyətinin "qırmızı işığı"nda qalan sahibkarlar

28.09.2026 - 17:12Gülnar Əliyeva

Lənkəran məktəbində dələduzluq iddiası - Direktor kənd camaatından 200 min pul alıb?

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 169

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 160

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 079

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 847
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.