Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9067 ▲0.0012
  • 100 RUB 2.0148 ▼0.0151
  • GBP 2.2514 ▼0.0053
  • TRY 0.0344
  • CNY 0.2540
  • GEL 0.6546 ▼0.0002
  • 100 KZT 0.3762 ▼0.0026
  • UAH 0.0378 ▲0.0001
  • AED 0.4628
Mədəniyyət

Xalq artistimizlə bağlı ÜZÜCÜ XƏBƏR

Xalq artistimizlə bağlı ÜZÜCÜ XƏBƏR

Xalq artisti Zaur Rzayevin səhhəti yenidən pisləşib.

Bu barədə YENİERA.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, 74 yaşlı sənətçi ötən gün saat 21:30 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya edilib: “Ona qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları təyin olunub. Hazırda pasiyentin müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.

Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilmiş, ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulmuşdu. Sənətçi daha sonra evə buraxılmışdı. Ailəsindən verilən məlumatda onun müalicəsinin evdə davam etdirildiyi bildirilmişdi.

Paylaş: