Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053 ▼0.0040
  • 100 RUB 1.9948 ▼0.0050
  • GBP 2.2514 ▼0.0002
  • TRY 0.0345
  • CNY 0.2540 ▲0.0002
  • GEL 0.6557 ▲0.0014
  • 100 KZT 0.3751 ▼0.0023
  • UAH 0.0379 ▲0.0001
  • AED 0.4628
Cəmiyyət

Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı…

Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı…

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova onun Aprel döyüşlərində cəbhədə çəkilmiş fotosunu paylaşıb.

Yeniera.az xəbər verir ki, həmin döyüşlər zamanı Polad Həşimov 1-ci Ordu Korpusu komandirinin müavini, qərargah rəisi vəzifəsində xidmət edib.

Qeyd edək ki, Aprel döyüşlərində Tərtər rayonunun Talış istiqamətində yerləşən əlverişli mövqeləri, o cümlədən Talış yüksəkliyi Polad Həşimovun rəhbərliyi ilə işğaldan azad olunub. Bu döyüşlərdə fərqləndiyinə görə Prezident İlham Əliyev onu “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Talış yüksəkliklərində 7 döyüş postundan biri məhz onun şərəfinə “Polad postu” adlandırılıb.

Xatırladaq ki, 2019-cu ildə general-mayor rütbəsinə yüksələn P.Həşimova 2020-ci il dekabrın 9-da ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Paylaş: