Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Rusiyada matəm ELAN EDİLDİ – 16 ölü
  • Xəbərdarlıq edildi – Qar yağacaq – Bu tarixdə
  • Qaradağın yeni icra başçısı kimdir?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Xəbərdarlıq edildi – Qar yağacaq – Bu tarixdə

Xəbərdarlıq edildi - Qar yağacaq - Bu tarixdə

Cəmiyyət Gülnar Əliyeva29.09.2026 - 09:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Sentyabrın 29-da Azərbaycanda hava şəraitinin dəyişəcəyi, temperaturun aşağı düşəcəyi və bir sıra ərazilərdə yağış yağacağı gözlənilir. Bakıda, Abşeron yarımadasında da fasilələrlə yağış, bəzi yerlərdə isə leysan və şimşək ehtimalı var.

Temperatur bundan sonra davamlı olaraq aşağı düşəcək, yoxsa yenidən yüksəlmə ehtimalı var?

Yeniera.az xəbər verir ki, Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayevin sözlərinə görə, müşahidələr göstərir ki, avqusta, hətta bu ayın əvvəlinə nisbətən temperatur tədricən aşağı düşür:

“Həm gündüz, həm gecə saatlarında temperatur artıq 20-25°C ətrafında dəyişir. Yaxın günlərdə və sonrakı dövrdə payıza xarakterik yağıntıların daha mütəmadi müşahidə olunacağı gözlənilir. Düzənlik ərazilərdə, o cümlədən Bakı, Abşeron və Kür-Araz ovalığında yağıntılar əsasən yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar və qar şəklində olacaq. Yüksək dağlıq ərazilər artıq ilk qarla qarşılaşacaq. Bununla yanaşı, günəşli günlər də olacaq. Lakin soyuyan yalnız hava deyil. Torpaq, daş, su hövzələri və çaylardakı sular, bir sözlə, ətraf mühit tədricən payız fəslinin xüsusiyyətlərinə uyğunlaşır”.

Ekoloq bildirib ki, temperatur aşağı düşdükcə hiss edilən dərəcə də noyabr və dekabrın əvvəlinə qədər tədricən azalacaq:
“Müəyyən antisiklon günləri müşahidə oluna bilər. Lakin payız aylarında soyuq və küləkli hava şəraitində hiss edilən soyuqluq daha çox nəzərə çarpacaq. Ekoloji baxımdan payız yağıntılarının müsbət təsirləri də olacaq. Xüsusilə Bakı və Abşeron yarımadasında yağıntılar atmosferdəki asılı maddələrin miqdarını əhəmiyyətli dərəcədə azaldacaq. Havada olan toz və his zərrəcikləri yağış vasitəsilə yerə çökəcək, nəticədə havanın keyfiyyəti yaxşılaşacaq. Yaşıllıqlar, xüsusilə quraqlıq dövründə kifayət qədər su almayan bitkilər yenidən canlanacaq. Yağıntıdan sonra günəşli havanın müşahidə olunması ot örtüyündə yeni canlılıq və vegetasiya aktivliyi yaradacaq. Bu şərait göbələk mövsümünün də başlamasına səbəb olacaq.

Fövqəladə hallarla bağlı isə əsas risklərdən biri intensiv yağıntıların dağ çaylarında sel və daşqınlara səbəb olmasıdır. Xüsusilə leysan zamanı yağış kollektorlarının olmadığı və ya kollektorların üzərində qanunsuz tikililərin aparıldığı ərazilərdə lazımi tədbirlər görülməzsə, müəyyən çətinliklər yaranacaq. Bakıda leysan yağışları zamanı nəqliyyat infrastrukturu və şəhər təsərrüfatında müxtəlif problemlərin yaranması da mümkündür. Çünki Bakı şəhərinin yeraltı və yerüstü infrastrukturunun mövcud vəziyyəti hələ arzuolunan səviyyədə deyil”.

Bənzər Xəbərlər

28.09.2026 - 18:20Gülnar Əliyeva

Bu mərkəzə direktor təyin edildi

28.09.2026 - 18:10Gülnar Əliyeva

Rose Baku-da fərqli zövqlərə uyğun gül buketləri hazırlanır

28.09.2026 - 17:50Gülnar Əliyeva

Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı

28.09.2026 - 17:40Gülnar Əliyeva

İcra başçısı məmuru qəbiristanlıqda danladı: “Camaatın ağzından vurmayın” - VİDEO

28.09.2026 - 17:12Gülnar Əliyeva

Lənkəran məktəbində dələduzluq iddiası - Direktor kənd camaatından 200 min pul alıb?

28.09.2026 - 16:35Gülnar Əliyeva

Bu uçuşlar təxirə salındı: AZAL məlumat yaydı

28.09.2026 - 16:12Gülnar Əliyeva

Əvəz Zeynallının ölümü ilə bağlı TƏBİB-dən açıqlama

28.09.2026 - 14:50Gülnar Əliyeva

Bu tarixdən leysan başlayır - Xəbərdarlıq

28.09.2026 - 13:39Gülnar Əliyeva

SON DƏQİQƏ! Əvəz Zeynallı vəfat etdi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 186

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 176

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 086

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 849
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.