Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9000
  • 100 RUB 2.1118
  • GBP 2.2769
  • TRY 0.0340
  • CNY 0.2557
  • GEL 0.6561
  • 100 KZT 0.3743
  • UAH 0.0375
  • AED 0.4628
Cəmiyyət

Növbəti köç karvanı Xanyurdu kəndinə çatıb – YENİLƏNİB

Növbəti köç karvanı Xanyurdu kəndinə çatıb – YENİLƏNİB

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Xanyurdu kəndinə çatıb.

Yeniera.az xəbər verir ki, Xanyurdu kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xanyurdu kəndinə 46 nəfərdən ibarət 15 ailə köçürülüb.

***

12:11

Xocalı rayonunun Xanyurdu kəndinə növbəti köç karvanı yola salınıb.

Yeniera.az xəbər verir ki, rayonun Xanyurdu kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xanyurdu kəndinə 46 nəfərdən ibarət 15 ailə köçürülür.

Beləliklə, bu köçlə Xocalı rayonunun Xanyurdu kəndinə köçürülən ailələrin sayı 69-a (237 nəfər) çatacaq.

Paylaş: