Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9090
  • 100 RUB 2.0290
  • GBP 2.2616
  • TRY 0.0343
  • CNY 0.2541
  • GEL 0.6550
  • 100 KZT 0.3755
  • UAH 0.0379
  • AED 0.4628
Cəmiyyət

Yüksək ordenlə təltif olunan Valeh Ələsgərov kimdir? – DOSYE

Yüksək ordenlə təltif olunan Valeh Ələsgərov kimdir? – DOSYE
Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Valeh Feyruz oğlu Ələsgərov Azərbaycanın siyasi və iqtisadi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Yeniera.az Valeh Ələsgərovun tərcümeyi-halını təqdim edir.

Valeh Ələsgərov 1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirib. Əməkdar mühəndisdir.

Əmək fəaliyyətinə 1970-ci ildə “Permneft” birliyinin “Kunqurneft” Neft və Qazçıxarma İdarəsində başlayıb. Burada böyük mühəndis, növbə rəisi, sex rəisi və baş mühəndis vəzifələrində çalışıb. 1982-ci ildən “Permneft” Elmi-Tədqiqat və Layihə İnstitutunda bölmə müdiri işləyib.

1985-ci ildən “Muradxanlı” Neft və Qazçıxarma İdarəsində baş mühəndis və idarə rəisinin müavini, 1987-ci ildən isə “Azərneft” Birliyində baş mühəndis və baş direktorun müavini olub.

1992-ci ildən “Azərneft” Dövlət Konserninin vitse-prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti və şirkət prezidentinin müşaviri vəzifələrində çalışıb. 1995-ci ildən Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinə rəhbərlik edib.

Valeh Ələsgərov Milli Məclisin üçüncü, dördüncü və beşinci çağırış deputatı olub. 2005-ci il dekabrın 2-də Milli Məclis sədrinin müavini seçilib. Parlamentdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinə də rəhbərlik edib.

2019-cu il noyabrın 25-də Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib. Hazırda Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinə rəhbərlik edir.

Əvvəllər “Şöhrət”, ikinci dərəcəli “Vətənə xidmətə görə” ordenləri və Milli Məclisin fəxri medalı ilə təltif olunub. 2021-ci ildə isə birinci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Evlidir, dörd övladı var. Oktyabrın 19-da 80 yaşı tamam olacaq.

Paylaş: