Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində (BANM) kadr təyinatı olub.
Yeniera.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ali məktəbin rektoru Elmar Qasımov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Nərmin Ələkbərova BANM-in Karyera və məzunlarla iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
O, bu təyinatadək BANM-in Rəhbərlik yanında Aparatda Proqram meneceri vəzifəsində çalışıb.

