Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Məşhur qapıçı Koxalskini tənqid etdi – “Qarabağ”dan ayrıldığına görə
  • “Seysmologiya sahəsində Maarifləndirmə” İB-nin layihəsi çərçivəsində Biləsuvarda təlim təşkil olunub
  • Türkiyə dünyanın ən böyük kosmik tədbirlərindən birinə ev sahibliyi edəcək – FOTOLAR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Zəfərə Aparan Yolun Başlanğıcı: 27 Sentyabr Anım Günü

Zəfərə Aparan Yolun Başlanğıcı: 27 Sentyabr Anım Günü

Cəmiyyət Gülnar Əliyeva25.09.2026 - 16:33
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında həm hüzn, həm də qürurla yaşayan tarixi bir gündür.

Bu tarix 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk gününü, Azərbaycanın ərazi bütövlüyü uğrunda başlayan

Zəfər yürüşünü və həmin yolda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini yaşadır.

27 Sentyabr həm də illərlə ürəklərdə daşınan bir arzunun – doğma torpaqlara qayıdış arzusunun gerçəkləşdiyi yolun başlanğıcı idi.

Azərbaycan xalqı uzun illər Qarabağın işğal altında qalmasının ağrısını yaşadı. Yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü, evindən, məktəbindən, ata-baba məzarlarından ayrı qaldı. Qarabağ həsrəti nəsillər boyu yaşadı.

Lakin xalqın torpağa bağlılığı heç vaxt sönmədi.

27 Sentyabr – Zəfərə aparan yolun başlanğıcı

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi 44 gün davam etdi. İlk günlərdən Azərbaycan əsgəri böyük əzmkarlıq və qəhrəmanlıq nümayiş etdirdi.

Döyüşlərin ilk günlərində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, Murovdağ zirvəsi azad edildi. Bu, illərlə işğalda qalan torpaqlarımızın bir-birinin ardınca azad olunacağının ilk böyük xəbərçisi idi.

Daha sonra Suqovuşan və Talış, ardınca Cəbrayıl şəhəri və rayonun çoxsaylı kəndləri azad edildi.

4 oktyabr 2020-ci il Azərbaycan xalqının yaddaşına xüsusi qürur günü kimi yazıldı. Cəbrayıl şəhərinin azad edilməsi illərdir həsrəti çəkilən şəhərlərimizdən birinin yenidən Azərbaycan bayrağına qovuşması demək idi.

Ardınca Füzuli, Zəngilan, Qubadlı rayonları azad edildi. Hər yeni qələbə Azərbaycan xalqının mənəvi ruhunu daha da yüksəldirdi. Cəbhədən gələn hər qələbə xəbəri evlərdə sevinc göz yaşlarına, küçələrdə Azərbaycan bayraqlarına çevrilirdi.

20 oktyabr – Zəngilanın azad edilməsi, 25 oktyabr – Qubadlının azad edilməsi Zəfər yolunun mühüm mərhələləri oldu.

Lakin qarşıda hələ ən ağır və tarixi döyüşlərdən biri dayanırdı. Şuşa – Zəfərin zirvəsi

8 noyabr 2020-ci il Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi.Şuşa azad edildi.

Şuşanın azad olunması hərbi baxımdan olduğu qədər mənəvi baxımdan da böyük əhəmiyyət daşıyırdı.

Azərbaycan əsgərinin dağlardan, sıldırım qayalardan keçərək Şuşaya daxil olması xalqın yaddaşında əbədi yaşayacaq qəhrəmanlıq dastanına çevrildi.

Şuşanın azad edilməsindən sonra müharibənin taleyində həlledici dönüş yarandı və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Azərbaycan Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan,

Qubadlı rayonlarını, Şuşa şəhərini, keçmiş Hadrut rayonunun böyük hissəsini, Xocavənd rayonunun böyük hissəsini, Suqovuşanı və Murovdağ istiqamətində mühüm yüksəklikləri hərbi yolla azad etdi.

Daha sonra Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması ilə Qarabağda yeni mərhələ başladı.
Hər qələbənin arxasında bir şəhid ömrü dayanır. Bu Zəfər asan qazanılmadı.

Hər azad olunan kəndin, hər yüksəklik və şəhərin arxasında bir Azərbaycan əsgərinin fədakarlığı, bir ailənin göz yaşı, bir ananın duası dayanırdı.

Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitləri canları bahasına torpaqlarımızı azad etdilər.

Onların arasında müxtəlif yaşlarda, müxtəlif bölgələrdən olan Azərbaycan oğulları vardı. Onları birləşdirən isə eyni amal idi – Vətən!

Şəhidlərimizin hər birinin ayrıca bir həyat hekayəsi, ailəsi, arzuları, yarımçıq qalan xəyalları vardı. Onlar öz həyatlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda fəda etdilər.

Bu gün Anım Günündə biz yalnız şəhidlərimizin adlarını xatırlamırıq. Biz onların ailələrinin ağrısını, anaların göz yaşını, övladların atasız böyüməsini, həyat yoldaşlarının yarımçıq qalan arzularını da xatırlayırıq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların ruhu qarşısında baş əyirik.

Azərbaycan Respublikasında 27 sentyabrın Anım Günü kimi təsis edilməsi də məhz Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsidir.

Xalqın əhval-ruhiyyəsindən Zəfər ruhuna 44 günlük müharibə Azərbaycan xalqının yalnız hərbi gücünü deyil, həm də milli həmrəyliyini nümayiş etdirdi.

Cəbhədən gələn hər qələbə xəbəri xalqın ruhunu yüksəldirdi. İnsanlar küçələrə çıxır, Azərbaycan bayraqları dalğalandırır, əsgərlərə dəstək nümayiş etdirirdilər.

Bir tərəfdə cəbhədə döyüşən əsgər, digər tərəfdə gecə-gündüz dua edən ana, övladının yolunu gözləyən ata dayanmışdı.

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi.

Bu birlik və həmrəylik Zəfərin mənəvi dayaqlarından biri oldu.

Qarabağdan Qərbi Azərbaycana – yaddaşdan qayıdışa

Qarabağ Zəfəri Azərbaycan xalqına bir həqiqəti bir daha göstərdi: doğma yurda bağlılıq nəsillərlə yaşaya bilər.
Qarabağdan didərgin düşmüş insanların illərlə davam edən qayıdış arzusu bu gün Böyük Qayıdışla gerçəkləşir. İşğaldan azad edilmiş ərazilərdə şəhərlər, kəndlər, yollar, məktəblər, xəstəxanalar və digər infrastrukturlar yenidən qurulur.

27 Sentyabr – Anım Günü bizə bir daha xatırladır ki, Azərbaycan torpaqlarının azadlığı uğrunda verilən qurbanlar heç vaxt unudulmayacaq.

Bu gün Qarabağda üçrəngli bayrağımız dalğalanır.

Bu gün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar.

Bu gün dağıdılmış şəhərlərimiz yenidən qurulur.

Qarabağın azadlığı göstərdi ki, xalqın yaddaşında yaşayan Vətən sevgisi heç vaxt itmir.

27 Sentyabr həm şəhidlərimizin qarşısında baş əydiyimiz, həm də onların bizə əmanət etdiyi Vətənə sahib çıxmaq əzmini bir daha xatırladığımız gündür.

Şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Onların qanı ilə yazılan Zəfər tariximiz daim yaşayacaq.

Qarabağda dalğalanan Azərbaycan bayrağı, Şuşanın zirvəsində ucalan üçrəngli bayraq və doğma yurda qayıdan insanların sevinci şəhidlərimizin əmanətinin yaşadığını göstərir. İndi qarşıda yeni bir qayıdış arzusu var. Qərbi Azərbaycana qayıdış.

Bu qayıdışın da sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə gerçəkləşməsi Azərbaycan xalqının arzusudur.
Qarabağa qayıtdığımız kimi, inanırıq ki, bir gün Qərbi Azərbaycana da qayıdacağıq. Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz ora tanklarla deyil, minik maşınlarımızl – öz doğma yurdlarımıza sülh yolu ilə qayıdacağıq.
27 Sentyabr – Anım Günündə bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.

Elxan Əziz oğlu Qəmbərov

Azərbaycan Respublikası Auditorlar Palatasında (Şöbə müdürü). Qərbi Azərbaycan İcması (Nəzarət təftiş komisiyasının üzvü)

Bənzər Xəbərlər

25.09.2026 - 17:22Gülnar Əliyeva

Məşhur qapıçı Koxalskini tənqid etdi - “Qarabağ”dan ayrıldığına görə

25.09.2026 - 17:15Gülnar Əliyeva

“Seysmologiya sahəsində Maarifləndirmə” İB-nin layihəsi çərçivəsində Biləsuvarda təlim təşkil olunub

25.09.2026 - 17:09Gülnar Əliyeva

Türkiyə dünyanın ən böyük kosmik tədbirlərindən birinə ev sahibliyi edəcək - FOTOLAR

25.09.2026 - 17:04Gülnar Əliyeva

Yeni təhsil nazir Ovni Muradov KİMDİR... - DOSYE

25.09.2026 - 16:50Gülnar Əliyeva

General-leytenant rütbəsi verilən şəxs bu deputatın qardaşıdır

25.09.2026 - 16:38Gülnar Əliyeva

Mətbuat Şurası qurultaya gedir

25.09.2026 - 15:00Gülnar Əliyeva

Ramiz Mehdiyevin kürəkəni və sabiq icra başçısının şərik olduğu obyektlər satışa çıxarılıb - SİYAHI

25.09.2026 - 14:38Gülnar Əliyeva

Bu şəxslərin pensiyası ilə bağlı YENİ QAYDA TƏTBİQ OLUNACAQ

25.09.2026 - 13:20Gülnar Əliyeva

Prezidentdən döyüş bayrağı alan polkovnikə VƏZİFƏ VERİLDİ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 102

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 126

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 043

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 830
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.